Azərbaycan Respublikası Prezidentinin Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə 2012-ci il 9 aprel tarixli 606 nömrəli, Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının və Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında 2012-ci il 24 aprel tarixli 613 nömrəli, Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasının təsdiq edilməsi haqqında 2012-ci il 8 may tarixli 626 nömrəli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsinin təsdiq edilməsi haqqında 2012-ci il 9 iyul tarixli 680 nömrəli, Sosial xidmət haqqında Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında 2012-ci il 29 noyabr tarixli 758 nömrəli, 2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Təhsil NazirliyiBosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə 2012-ci il 19 dekabr tarixli 784 nömrəli, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında 2013-cü il 2 iyul tarixli 934 nömrəli, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə 2013-cü il 8 iyul tarixli 938 nömrəli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında 2013-cü il 8 iyul tarixli 939 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 285; 2021, ¹ 6 (I kitab), maddə 573) 3.3-cü bəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 292; 2017, ¹ 1, maddə 50; 2018, ¹ 9, maddə 1840, ¹ 11, maddə 2263; 2019, ¹ 3, maddə 430, ¹ 5, maddə 823; 2020, ¹ 8, maddə 1042; 2022, ¹ 5, maddə 475, ¹ 9, maddə 1028) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı"nın "8. Dövlət Proqramının həyata keçirilməsi üzrə "Tədbirlər Planı" hissəsinin  8.3.2-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 5, maddə 419; 2019, ¹ 5,  maddə 847, ¹ 12, maddə 1936; 2020, ¹ 7, maddə 895, ¹ 8, maddə 1036; 2021, ¹ 6  (I kitab),  maddə 566,  ¹ 8,  maddə 922;  2022, ¹  6,  maddə 599) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 1.3-cü və 2.3-cü bəndlərində "Təhsil" sözü "Elm və Təhsil"  sözləri ilə  əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7,  maddə 689; 2013, ¹ 6, maddə 633; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr  786, 802, ¹ 7, maddə 1362; 2019, ¹ 3, maddə 401; 2020, ¹ 2, maddə 106, ¹ 6, maddə 698; 2021, ¹ 2, maddə 123)  ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasının  Daxili İşlər  Nazirliyi  Daxili Qoşunlarının  Ali  Hərbi Məktəbinin  Nizamnaməsi"nin 1.5-ci,  4.15-ci bəndlərində və  6.1-ci  bəndinin  ikinci  abzasında  "Təhsil"  sözü  "Elm və Təhsil" sözləri  ilə  əvəz edilsin.

5. "Sosial  xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 11, maddə 1118; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1963 nömrəli Fərmanı) 1.2.2-ci  və 1.4.2-ci  yarımbəndlərində  "Təhsil"  sözü  "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

6. "2012-ci il  oktyabrın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının  Təhsil Nazirliyi  Bosniya və Herseqovinanın  Mülki İşlər  Nazirliyi arasında təhsil  sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi  barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 784 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1258) 2-ci hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 799; 2018, ¹ 5, maddə 951; 2019, ¹ 6, maddə 1052) ilə təsdiq edilmiş "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi"nin 3.1.1-ci yarımbəndində və 4.2-ci bəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 803; 2014, ¹ 9, maddə 1050, ¹ 11, maddələr 1382, 1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə 1121; 2016, ¹ 6, maddələr 1020, 1044, ¹ 11, maddə 1827; 2018, ¹ 7 (I kitab), maddə 1476; 2019, ¹ 7, maddə 1240; 2020, ¹ 6, maddə 703; 2021, ¹ 1, maddə 36) 5.13-cü və 5.17-2-ci bəndlərində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 804; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 787, 802, ¹ 7, maddə 1363; 2018, ¹ 4, maddə 698; 2019, ¹ 3, maddə 401; 2020, ¹ 2, maddə 106, ¹ 6, maddə 698, ¹ 7, maddə 868; 2021, ¹ 2, maddə 123) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"nin 1.4-cü, 4.13-cü, 4.17-ci, 6.13-cü və 6.14-cü bəndlərində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

 

Azərbaycan.- 2023.- 5 mart.- S.3.