İlham Əliyevin islahatlar konsepsiyasının möhtəşəm nailiyyəti

 

Yenilənmiş Milli Məclisin ötən dövrdə qəbul etdiyi mühüm sənədlər uğurlu inkişafın hüquqi bazasını daha da təkmilləşdirib

 

10 mart, 2020-ci il.

VI çağırış Milli Məclisin ilk iclası keçirilir. İclasda çıxış edən Prezident İlham Əliyev bəyan edir ki, parlamentə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

Prezident əmin olduğunu bildirir ki, VI çağırış Milli Məclis uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək: "Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır".

2018-ci ildə ölkədə keçirilən prezident seçkilərində xalqdan yenidən etimad mandatı alan İlham Əliyev bəyan etdi ki, islahatlar konsepsiyası əsasında yeni dövrün çağrışlarına adekvat addımlar atılacaq. Sosial-iqtisadi islahatlarla yanaşı, yeni strukturbütün sahələrdə kadr islahatlarının atılması zərurəti yaranıb. Məhz həmin ildə həyata keçirilən yeniliklərə əsasən 2018-ci il ölkəmizdə "dərin islahatlar ili" kimi yadda qaldı.    

Ölkədə hər sahədə aparılan islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirildi. Çünki islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Prezidentin dediyi kimi, bu islahatlar ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir və islahatlarsız tərəqqi mümkün deyil.

Əlbəttə ki, Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Ölkədə hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verirbu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək.

Azərbaycan Prezidentinin struktur, kadr islahatlarını təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil edib. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qarşılanır.

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən və bu istiqamətdə düşünülmüş addımlar atan İlham Əliyev bu qərarları verərkən ilk növbədə xalqın və dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. Prezident hesab edir ki, XXI əsrdə köhnə təfəkkürlə irəliyə getmək, uğurlar qazanmaq qeyri-mümkündür. Yeni vəzifəyə təyin edilən gənc kadrlar savadlı, bilikli olmaqla yanaşı, ilk növbədə Vətənə bağlı, hər hansı bir xarici təsirdən uzaq olmalıdırlar ki, ölkənin inkişafı üçün öz töhfələrini verə bilsinlər. Bu, ilk növbədə dövlət rəhbərinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin əyani təzahürüdür.

İslahatçı Prezidentin verdiyi qərarlar Azərbaycanın hərtərəfli inkişafına imkan yaratdı. İslahatlara şahidlik edən ölkə ictimaiyyəti də dövlət idarəetmə sistemində həyata keçirilən prosesləri, xüsusən də gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.

2018-2020-ci illər ərzində İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda strukturkadr islahatları aparıldı. Bütün bu islahatlar ölkəmizin ictimai-siyasiiqtisadi inkişafına yeni təkan verdi. Bu islahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişini təmin etməyə kömək göstərdi.

Həyata keçirilən islahatlar təbii ki, ali qanunverici orqan olan Milli Məclisdən də yan keçə bilməzdi. Elə bu məqsədlə də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Prezidentin islahatlar konsepsiyasına uyğun təşəbbüslə çxış etdi. YAP Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etdişura bu qərarını Prezidentin islahatlar kursuna, kadr islahatlarına dəstək məqsədilə verildiyini bəyan etdi.

Hakim partiyanın bu təşəbbüsü təqdir edilərək dəstək aldı və 2020-ci il fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçirildi. Bununla da Milli Məclisin yeni tərkibi formalaşdı. Parlamentin yeni formalaşan tərkibi özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə etdi. Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentə 11 siyasi partiyanın təmsilçiləri seçildi. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması isə təqdir edilən mühüm addım kimi dəyərləndirildi.

Martin 10-da Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yeni formalaşmış parlamentin qarşısında dayanan vəzifələri də açıqladı: "Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Mövcud qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Qəbul edilmiş qanunların icrasına nəzarət edilməlidir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır".

Bir sözlə, VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirdi, onun işində əhəmiyyətli dönüş yarandı və nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksəldi.

Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu nəzərə alsaq, bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açdığını inamla qeyd edə bilərik.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2023.-10 mart.- S.1; 9.