Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğuburada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulandı.

Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2023.- 11 mart.- S.1-2.