Bakıdan dünyaya sülh çağırışı

 

Prezident İlham Əliyevin himayəsi altında baş tutan X Qlobal Bakı Forumu dünyanın üzləşdiyi problemlərin həllinə mühüm töhfə verəcək

 

Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündən qısa müddət sonra Bakı daha bir qlobal foruma uğurlu evsahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu keçirildi.

Forumun açılış mərasimində Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə vermək üçün X Qlobal Bakı Forumunda müharibələr, iqlim dəyişikliyi, su qıtlığı, qida çatışmazlığı, aclıq və sair kimi hazırkı qlobalmiqyaslı problemlərin zəruri həll yolları barədə mühüm müzakirələr aparıldı, çıxış yolları arandı.

 

Azərbaycan qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb

 

Dünyada nüfuzu sürətlə artan Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın beynəlxalq problemlərin həlli yollarının müzakirə olunduğu mərkəzə çevrilməsi heç də təsadüfi deyil. Sülhü, humanizmi, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən ölkəmiz hər zaman dialoq formasında qlobalmiqyaslı problemlərin həllinin mümkünlüyünü də təbliğ edir. Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla  təmsil olunan Azərbaycan bəşəri qərarların qəbuluna və icrasına da birbaşa töhfələr verir. 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması bu baxımdan  vacib nümunələrdən biridır.

Eləcə də qlobal forumun Bakı şəhərində keçirilməsi Azərbaycana olan yüksək beynəlxalq etimadın, ölkəmizin bütün sahələr üzrə dünya siyasətindəki mühüm yerininrolunun olmasının göstəricisidir.

Forumdakı çıxışı zamanı Latviya Respublikasının Prezidenti Egils Levitsxüsusi qeyd etdi ki, Azərbaycanın son illər ərzində qlobal məsələlərdə oynadığı əhəmiyyətli rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub: "Əslində Azərbaycan siyasi baxımdan, yəni sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb".

 

Etibarlı tərəfdaş 

 

Bu gün dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınan Azərbaycan İlham Əliyevin şəxsi səyləri, nüfuzu, beynəlxalq miqyaslı məsələlərin həllindəki danılmaz rolu sayəsində qlobal diskussiyaların aparıldığı platformaya çevrilib.

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edən forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı. Həmçinin qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər və sair əsas müzakirə mövzularından oldu.

 

Bügunkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyac var

 

"Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır", - deyə forumda çıxış edən dövlət başçısı İlham Əliyev bildirdi ki, biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Prezident onu da söylədi ki, biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük.

Dünyada təhlükəsizliklə bağlı yaranan problemlərdən danışan İlham Əliyev münaqişələrin həlli ilə bağlı Azərbaycanın təcrübəsi ilə bağlı fikirlərini bölüşdü, həmçinin Vətən müharibəsindən sonra bölgədə yaranan reallıqlardan danışdı: "Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan sadəcə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi".

Prezident münaqişənin həlli istiqamətində 28 il ərzində Minsk qrupunun da hər hansı nəticəyə nail olmadığını, onların bu münaqişəni daimi dondurmaq istədiklərini Azərbaycanın bununla razılaşmadığını dedi: "Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi".

Dövlət başçısı onu da əlavə etdi ki, Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışsaq da, erməni tərəfi konstruktiv yanaşma göstərmədi Azərbaycan güc tətbiq edərək öz ərazisini azad etdi.

Hazırda ölkəmizin sülh istədiyini söyləyən İlham Əliyev forum iştirakçılarının diqqətinə çatdırdı ki, "...biz hər hansı digər müharibəni istəmirik".

 

Avropanın "yaşıl enerji" xəritəsini ölkəmiz dəyişəcək

 

X Qlobal Bakı Forumunda panel müzakirələrdən biri enerji daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunmuşdu. Ötən illər ərzində apardığı uğurlu siyasət sayəsində ölkədaxili enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edən Azərbaycan hazırda xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları elektrik enerjisini xarici ölkələrə ixrac edir. Eləcə ölkəmizdə bərpaolunan enerji potensialının yüksək olması Azərbaycanı tezliklə "yaşıl enerji" ixracatçısına çevirəcək.

Sözügedən sahədə IX Forumun üzərindən ötən bir il müddətində Azərbaycanın xeyli nailiyyətlərə imza atdığını bildirən Prezident İlham Əliyev məlumat verdi ki, əvvəlcə Azərbaycan Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Bununla Azərbaycan Avropaya öz təbii qaz təchizatını ümumi qaz ixracını xeyli artırıb. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniya Avropa Komissiyasının sədrinin iştirakı ilə "yaşıl enerji" onun ötürülməsinə dair saziş imzalayıblar. Bunun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək: "Biz Avropanın enerji xəritəsini neft qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinindir".

 

Beynəlxalq missiya

 

Üç gün ərzində X Qlobal Bakı Forumunda dünya gündəmində yer alan mühüm problemlərin araşdırılması həlli yonündə aparılan müzakirə fikir mübadilələrinin dünyanın yeni çağırışlarına töhfə verəcəyi şübhə doğurmur.

Bəli, dünya xəritəsində kiçik nöqtə kimi görünən Azərbaycan bu gün sülhün, ədalətin, əməkdaşlığın bərqərar olunması üçün beynəlxalq mesajların verildiyi mühüm məkana çevrilib. Bu isə bir daha onu göstərir ki, Azərbaycan dünyanın beynəlxalq aləmin bir parçası olaraq bəşəri dəyərlər naminə üzərinə düşən məsuliyyəti böyük uğur müvəffəqiyyətlə gerçəkləşdirir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan. - 2023.- 12 mart.- S.1; 6.