Novi Pazar şəhərinin meri: Ölkələrimiz və şəhərlərimiz arasında böyük potensial var

 

Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasındakı əlaqələr ölkələrimizin münasibətlərinə inkişafına töhfə verəcək. Azərbaycan və Serbiya arasında yaxşı strateji əməkdaşlıq mövcuddur. Bu gün Şuşa ilə Novi Pazar şəhərləri arasında imzalanan qardaşlaşma haqqında sənəd də həmin strateji tərəfdaşlığımızın nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikriləri jurnalistlərə açıqlamasında Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç söyləyib.

Nihad Bişevaç deyib ki, ölkələrimiz və şəhərlərimiz arasında potensial böyükdür. Belə ki, biz turizm, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edə bilərik.

Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri bizi həqiqətən də heyran etdi. Mən bu regionun və Şuşanın inkişafında sizə uğurlar arzulayıram. Əlbəttə ki, sizin Serbiyanın Novi Pazar şəhərində də bir tərəfdaşınız və qardaş şəhəriniz olacaq”, - deyə mer qeyd edib.

 

Azərbaycan.- 2023.- 18 mart.- S.7.