İntellektin süni möhtəşəmliyi

 

" - Xoşbəxtlik nədir?

- Xoşbəxtlik insanların daxili rahatlığı, məmnunluğu və həyatlarından həzz alması deməkdir. Xoşbəxt insanlar, ümumiyyətlə, müsbət düşüncə tərzinə malikdirlər və həyatlarında onları xoşbəxt edən amilin fərqindədirlər. Bunlar çox vaxt sağlam münasibətlər, ailə sevgisi, işdən məmnunluq, şəxsi nailiyyətlər, hobbiya ehtiras ola bilər. Xoşbəxtlik insandan insana dəyişə bilər və hər kəsin öz tərifi var. Ümumilikdə həyatdan həzz almaq, müsbət düşünmək və özünüzü təkmilləşdirmək kimi elementlər xoşbəxtliyi təşviq edə bilər".

...Bu, süni zəkaya ünvanladığımız suala aldığımız cavabdır. Yəni süni intellekt xoşbəxtliyi bu mənada anlayır və ifadə edir.

 

Süni zəkanın yaratdığı reallıq

 

Artıq həyatımızın hər bir fəaliyyət istiqamətində süni intellektə əsaslanan proqramları, qurğuları, maşınları görürük. Demək olar ki, süni zəka bütün sahələri zəbt edib. Texnoloji inkişafın yüksək mərhələsindəyik desək yanılmarıq.

Doğrudur, zaman keçdikcə indiki innovasiyalar, süni intellekt əsasında yaradılmış robotlar bizə o qədər maraqlı və cəlbedici gəlməyəcək. Çünki onların yerini daha da təkmilləşdirilmiş yeni nəsil avadanlıqlar, kompüterlər, robotlar tutacaq. Bəzən belə sürətli inkişaf nəticəsində insan əməyinə artıq ehtiyac qalmayacağı ilə bağlı deyimləri eşitməyimizin səbəbi də süni zəkanın insan beynindən daha irəli getməsi, daha ağıllı və çevik cavabları, zamanın qızıldan qiymətli olduğunu nəzərə alaraq vaxta və xərcə qənaəti ilə bağlıdır.

Son zamanlar isə süni intellekt platformalarından biri OpenAI tərəfindən hazırlanmış dil modeli olan "ChatGPT"dir. Proqram 2022-ci ilin noyabrında istifadəyə verilib, GPT (Generative Pre-Training Transformer) texnologiyasından istifadə edən pulsuz olan "ChatGPT"  tərcümə, mətnin ümumiləşdirilməsi redaktə edilməsi kimi müxtəlif dil emalı tapşırıqlarını yerinə yetirə bilir. Bundan əlavə, mürəkkəb proqram kodlarını təkmilləşdirmək riyaziyyat suallarını cavablandırmaq kimi analitik imkanlara da malikdir.

Süni intellektlə işləyən tətbiq həm fərdi istifadəni, həm şirkətlərin müəyyən işlərinin həyata keçirilməsini asanlaşdırır. Məsələn, çox vaxt aparan təkrarlanan tapşırıqların yerinə yetirilməsini avtomatlaşdırır, həmçinin şirkətlər insan resursları proseslərini əhəmiyyətli dərəcədə sadələşdirərək vaxta xərclərə qənaət edə bilir.

Qeyd olunur ki, "ChatGPT" onun törəmələri kimi süni intellekt dil modelləri insan resursları proseslərində lazım olan nəzəri biliklərə çıxışı təmin etməklə yanaşı, istifadə olunacaq sənədlərin hazırlanmasında redaktə edilməsində istifadə oluna bilər.

Şirkət tərəfindən proqram daim təkmilləşdirilir yeniliklər tətbiq olunur. Son məlumatlara görə, şirkət digər tərtibatçılarına API vasitəsilə "ChatGPT"ni tətbiq xidmətlərinə inteqrasiya etməyə imkan verəcək. "ChatGPT" API-nin qiyməti 750 söz üçün 0,002 dollar olacaq. Bundan əlavə, standart API-nin icazə verdiyindən daha çox söz istifadə etmək istəyənlər üçün xüsusi seçim şansı olacaq.

Həmçinin proqramın nitqi yazıya çevirən funksiyası da işə başlayıb. Bunun üçün isə dəqiqəyə 0,006 dollar ödəyərək səsi yazıya çevirmək tərcümə etmək mümkün olacaq.

 

Süni zəka həlləri dünyanın gedişatını dəyişəcək

 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qəzetimizə açıqlamasında deyib ki, ötən ilin noyabrından süni intellekt həlli olaraq istifadəyə verilən "ChatGPT" dünyada geniş rezonans yaradıb.

Ekspert bildirir ki, "Apple", "Google" kimi şirkətlər  bu cür süni intellekt həllərinin yaradılmasına başlayıblar. Bunlar böyük datalardan, məlumat bazalarından istifadə edərək anında qərar qəbul etmək üçün həllər verir. Mətnlərin generasiyasını həyata keçirməklə dialoq qurmağa imkan yaradır. Hələlik "ChatGPT"nin əsaslandığı GPT 4 dil modulu ən yüksəkdir. Bunun əsasında daha təkmil süni intellekt həlli hazırlanıb.

O.Gündüz qeyd edir ki, süni zəka həlləri dünyanın gedişatını yetərincə dəyişəcək: "Yəni cəmiyyət, dövlət, biznes, yaradıcı insanlar - müxtəlif sahələrdə daha tez, effektiv qərarlar qəbul edə biləcəklər. Bu inkişafı daha da sürətləndirəcək. Böyük məlumat bazalarını təhlil etməyə dövlət çoxlu qüvvə, vaxt sərf edirdisə, bu yolla məsələ saniyələrdə həllini tapacaq. Bu, birinci diqqətçəkən məqamdır".

Ekspertin sözlərinə görə, bəzən qorxulu trendlər gözə çarpır. Belə ki, süni intellekt insan kapitalını əvəz edəcəkmi, hansı ixtisaslar sıradan çıxacaq, nələr dəyişəcək kimi suallar ortaya çıxarır.

Doğrudan da, bu sahədə xeyli dəyişikliklər olacaq. Bir sıra ixtisaslar sıradan çıxacaq. Ümumiyyətlə, kim bununla hesablaşmırsa, məsələn, jurnalist, bloqçu, redaktor öz işində süni intellekti tətbiq etmirsə, onlar sıradan çıxacaq. İstifadə edənlərin isə işi daha yaxşı olacaq. "Məsələn, marketinq, iqtisadiyyat, təhsil s. sahələrdə süni intellektdən istifadə edilməsə, vəziyyət ağır olacaq. Ona görə digər bütün sahələr buna hazır olmalıdır. Hazırda bütün sahələr fəaliyyət istiqamətində süni intellekti tətbiq etməyə başlayıb. Onlar bazarda qalmaq üçün bunu tədbiq edirlər. Düşünürəm ki, Azərbaycan üçün dünyanın bu cür çağırışları var. Bizdə hökumət, digər qərar qəbul edənlər bu sahəyə ciddi diqqət yetirməlidir", - deyə O.Gündüz bildirir.

 

Ölkələrin rəqabətədavamlılığı üçün yeni trend

 

Osman Gündüz qeyd edir ki, ölkələrin rəqabətədavamlılığı üçün yeni trend ortaya çıxıb. O ölkə rəqabətə davamlı olacaq ki, bütün sahələrdə süni zəka tətbiq olunur. Dünyada belə bir böyük təhdid, çağırış var. Rəqəmsal bərabərsizlik sürətlə artacaq. Elə ölkələr var ki, çox geri qalacaq, eləsi olacaq ki, çox irəli gedəcək.

Azərbaycanda  da bütün sahələrdə, xüsusən dövlət sektorunda süni intellekt həllərinin tətbiqinin vacibliyini vurğulayan ekspert bununla xərcləri azaltmağın, daha çevik, effektiv irəliləyişə nail olmağın mümkünlüyünü qeyd edir. O hesab edir ki, ölkəmiz bu çağırışa hazır olmalıdır: "Hökumət bu sahəyə investisiyalar yatırmalı, kadrlar hazırlanmalıdır. Hazırda süni intellekt həllərindən effektiv istifadə ilə bağlı problemlər var. Dünyada müxtəlif sahələr üzrə süni intellektlə işləmək, ondan tələb etməklə bağlı suallar satılır. Bu onun göstəricisidir ki, ağıllı insanlara hər zaman ehtiyac olacaq. Gərək süni intellektə sorğu verəsən. Bunun üçün insanda təbii intellekt olmalıdır. Müvafiq qurumlar məhz bu məsələlərə diqqət yetirməli, maarifləndirici işlər aparmalıdırlar".

Süni zəka isə öz tərifini belə verir. "Süni intellekt" ya "süni intellekt texnologiyası" kompüter proqramına insan kimi düşünməyə, öyrənməyə problemləri həll etməyə imkan verən kompüter texnologiyası növüdür. Bu texnologiyanın məqsədi kompüterlərin insana bənzər vəzifələrini yerinə yetirmək üçün kifayət qədər ağıllı olmasıdır.

Buraya süni intellekt, maşın öyrənməsi, təbii dil emalı, ekspert sistemləri, robototexnika biliklərin təqdimatı kimi müxtəlif alt sahələr daxildir. Bu texnologiyalar tez-tez böyük verilənlər toplusundan rekursiv alqoritmlərdən istifadə edərək öz-özünə öyrənmək bacarığı qazanır. Məsələn, təsvirin tanınması alqoritmi böyük verilənlər toplusunda minlərlə təsviri təhlil edərək həmin şəkillərdəki ümumi xüsusiyyətləri öyrənərək yeni şəkillərdəki obyektləri tanıya bilər.

Süni intellekt texnologiyası avtomatlaşdırma, proseslərinin təkmilləşdirilməsi, avtonom nəqliyyat vasitələri robotlar, səhiyyə, təhlükəsizlik müdafiə kimi bir çox sənaye sektorlarda istifadə olunur.

Deyilənlərdən bu qənaətə gəlmək olur ki, ağıllı, savadlı insana hər zaman, hər yerdə ehtiyac var. Elə süni intellektə əsaslanan proqramları hazırlayanlar da insanlar deyilmi?

Təki, hər kəs potensialının fərqində olsun onun bu bacarığından lazımi sahədə, bəşəriyyətə fayda verəcək şəkildə istifadə olunsun. Dünyanın, bəşəriyyətin gələcək inkişafı süni intellektdən asılı olsa belə...

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.- 29 mart.- S.11.