Qadın siyasəti dövlətin aparıcı istiqamətlərindəndir

 

Azərbaycan tarixinin yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər xalqının tarixi taleyində, onun mənəvi, siyasiictimai həyatında misilsiz xidmətlər göstərən dahi şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində də yetkin dövlət siyasətinin həyata keçirilməsini əsas aparıcı istiqamətlərdən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir.

Böyük dövlət xadimi həmişə Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini ən ali dəyər kimi qiymətləndirmişdir. Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər və tərəqqi əldə edildi. Heydər Əliyevin siyasi fəaliyyəti gender problemlərinin həllinə böyük təkan verdi. Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrildi. Qüdrətli dövlət xadimi Azərbaycan qadınının cəmiyyətdəki fəallığının artırılması üçün daha möhtəşəm addımlar atdı, uğurlu tədbirlər həyata keçirdi.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edibdemokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.           

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.

1998-ci il iyunun 1-də Ümummilli Lider Azərbaycan qadınlarının bir qrupunu qəbul edərkən demişdir: "Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağı hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir. Mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın ən ağır və çətin anları olub. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar".

 1998-ci il sentyabrın 14-15-də uzun fasilədən sonra müstəqil Azərbaycan qadınlarının qurultayı keçirildi. Müstəqillik illərində qadınların ilk ali məclisi olan bu qurultay milli qadın hərəkatı tarixində əlamətdar bir hadisə oldu. İki gün davam edən məclisdə respublika qadınlarını iki mindən çox nümayəndə təmsil etdi. Qurultayın işində Ulu Öndər Heydər Əliyev iştirak etdi və dərin məzmunlu nitq söylədi. Qurultayın işinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: "Bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayda müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük görmüsünüz". Məhz bu qurultay Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.

2000-ci ildə Ulu Öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı.

Fərmandan sonra respublika qadınları arasında ictimai-siyasi fəallıq daha da artdı. Respublikamızda 60-dan çox qeyri-hökümət qadın təşkilatı fəaliyyət göstərirdi. Onlar respublika səviyyəsində keçirilən mühüm tədbirlərdə xüsusi fəallıq göstərməyə başladılar.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın problemlərinə daim diqqət yetirilməsi, onların problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əskini tapdı.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda ölkə rəhbəri

İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Həmin ildə Milli Məclis Prezident

İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Qadın, kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapdı. Heydər Əliyev Fondu da Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verməkdədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoqda qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 2008-ci ildə Azərbaycan qadınlarının III qurultayı isə respublikanın sosial-iqtisadidemokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərə yekun vurmaq, habelə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşıyırdı.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident

İlham Əliyev demişdir: "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir".

 

Rüqayyə ZEYNALOVA,

YAP fəalı

Naxçıvan

 

Azərbaycan.- 2023.-7 may.- S.13.