R.C.Abdullayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayevə Heydər Əliyev Mükafatı verilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2023-cü il

Azərbaycan.-2023.- 11 may.- S.10.