Qeyri-neft məhsullarının ixracında artım dinamikası yüksəkdir

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, cari ilin yanvar-mart aylarında ölkəmizdən 7,7 milyard dollarlıq mal ixrac olunmuşdur. Qeyri-neft sektoru üzrə ixracın dəyəri 912,2 milyon dollar olmaqla 2022-ci ilin üç ayı ilə müqayisədə 23,2 faiz artmışdır.

İlk rüb ərzində spirtlispirtsiz içkilərin ixracı 6,9 dəfə, şəkər ixracı 28,6 faiz çoxalmışdır. Aqraraqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon dollar olmuşdur. Bu dövr ərzində ixrac edilən meyvə-tərəvəz aqrar məhsullar qrupunun 92,4 faizini təşkil etmişdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövründəkindən 56,3 faiz çoxdur.

Hesabat dövründə ixracda enerji birinci, meşə fındığı ikinci, ilkin formalı polipropilen isə üçüncü yerdə qərarlaşmışdır. Cari ilin birinci rübü ərzində Türkiyəyə 339,9 milyon, Rusiya Federasiyasına 200,7 milyon, Gürcüstana 109,2 milyon, İsveçrə Konfederasiyasına 29,7 milyon, Qazaxıstana isə 27,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur.

Mart ayının qeyri-neft ixracı 261 milyon dollar təşkil etmişdir. Ay ərzində yeyinti məhsulları üzrə ixrac 52,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 208,8 milyon dollara bərabər olmuşdur. Həmin ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə birinciliyə yüksəlmiş, Rusiya Federasiyası ikinci, Gürcüstan isə üçüncü olmuşdur.

Yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "STP Global Cable" MMC, "Baku Steel Company" QSC, "P-Aqro" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, Şirinov Elvin Valeh oğlu, "Mors Trading" MMC, "Almeyvə" MMC, "Khan-El" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə "Azərenerji" ATSC başçılıq edir. Daha sonra siyahıda bu şirkətlər var: ARDNŞ-nin "Marketinq İqtisadi Əməliyyatlar İdarəsi, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Şəki Şərab" MMC, "ASK Tütün" MMC.

Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 40 ölkəsinə 5,4 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri optik peyk xidmətləri) ixrac edilib. Agentliyin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizinə bərabərdir. Təkcə mart ayında agentlik tərəfindən dünyanın

39 ölkəsinə 1,8 milyon dollar dəyərində xidmət göstərilib. İlin birinci rübü ərzində peyk telekommunikasiya optik peyk xidmətlərinin ixracının ilk beşliyində 1,2 milyon dollarla Birləşmiş Krallıq, 1 milyon dollarla Lüksemburq, 805,7 min dollarla Fransa, 446 min dollarla BƏƏ 252,5 min dollarla Almaniya qərarlaşıb.

Aprel ayı ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi üzərindən 24,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixracı həyata keçirilib. Ay ərzində mərkəzə 136 müraciət daxil olub. Qeyd edilən dövr ərzində fiziki hüquqi şəxslər tərəfindən qiymətli metallar, pambıq mahlıcı, pambıq çiyidi, kərə yağı, pendir, ayran, qənnadı məmulatları, limonad, nar, alma qarışıq şirələr, çaxır, narşərab, dondurma, iribuynuzlu heyvanların dondurulmuş mədəsi, akvakultur üsulu ilə yetişdirilmiş balıqların kürüsü dondurulmuş əti, gips daşı, tibbi zəli, diyircəkli yastıq, polad boru, polad kvadrat pəstah, polad armatur yayması ixrac edilib. Adı çəkilən məhsullar arasında qiymətli metallar, polad boru, pambıq mahlıcı, süd məhsulları, meyvə şirələrinin ixracı daha çox olub. Bizim məhsulları daha çox alanlar arasında İsveçrə, Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, BƏƏ, Türkmənistan, Tacikistan, Tatarıstan, Almaniya, İraq, Çin, Moldova, Qazaxıstan, İtaliya, Özbəkistan kimi ölkələr var.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.-14 may.- S.5.