Baş nazir Əli Əsədov Gürcüstan Parlamentinin Sədri ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Görüşdə Ş.Papuaşvilinin Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirildi.

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olundu.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu təqdir edildi.

Eyni zamanda ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olundu.

 

Azərbaycan.- 2023.-16 may.- S.3.