Sülh istəyən Hayastan niyə silahlanır?

Real faktlar Ermənistanın regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını göstərir

 

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda üçün 100 milyonlarla dollar dəyərində silah alır?"

Bu sözləri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçımız qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşdə iki ölkə arasında regionda nəqliyyat iqtisadi əlaqələrin bərpası istiqamətində aydın irəliləyişə nail olunsa da, eyni zamanda Hayastan Azərbaycanın 86,600 kvadratkilometr ərazisini tanıdığını bildirsə , digər tərəfdən silahlanmaya davam edir. Maraqlısı odur ki, Brüssel görüşündən sonra Nikol Paşinyan hökumət iclasında çıxışında da Ermənistan Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb bunun regionda sabitliyin bərqərar olmasına sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcəyini bildirib. O qeyd edib ki, növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır.

Hər zaman iki üçtərəfli görüşlərdə əldə edilən razılıqlar danışıqlardan sonra Paşinyanın normallaşma istiqamətində müsbət sözlər dediyinin, sülhün vacibliyini qeyd etdiyinin şahidi oluruq. Amma bunların hamısı sadəcə sözdə qalır. Praktik olaraq Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatından irəli gələrək üzərinə götürdüyü öhdəliklərdən tutmuş həm Soçi, həm Brüssel görüşlərində, həm Praqa danışıqlarında gəlinən razılıqların heç birini əməldə etmədiyini görürük.

Elə görüşlərdən sonra şərti sərhəddə təxribatlar törətməsi ermənilərin çirkin xislətindən xəbər verir. Bunu sülhə maraqlı olmayan Ermənistanın silahlanmaya davam etməsi təsdiqləyir.

 

Bölgə üçün yeni təhdid

 

Cənubi Qafqazda sülhün təhlükəsizliyin bərqərar olmasını istəməyən qüvvələr az deyil. Onlar da hər sülh danışıqları ərəfəsində Ermənistana havadarlıq edərək, onu silahlandıraraq yeni təxribatlara daha da həvəsləndirirlər. Bununla da Azərbaycanın regionda sülh sabitliyi dəstəkləyən səylərinin qarşısını almağa, Hayastanı isə silahlandırmaqla sülh sazişi imzalanmasını ertələməyə çalışırlar.

Azərbaycan Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında öz sərhəd-buraxılış məntəqəsini quranadək Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağa silah-sursat, terrorçu qüvvələr daşıdığı müşahidə edilmişdi. Bu, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmağımızı şərtləndirmişdi.

Mayın 19-da sülh müqaviləsi imzalamaq istəyini ifadə edən Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə növbəti daşımalar həyata keçirdiyi ilə bağlı videogörüntülər yayılıb. Kadrlarda qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi yük daşıdığı aydın görünür. Yəni bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil.

Ümumiyyətlə, bu ölkə Cənubi Qafqazda sabitliyin olmasının tərəfdarı deyil. Amma bu, hər şeydən öncə Hayastanın özü üçün ağır nəticələr verə bilər. Təhlükəsizliyin təmin olunması, kommunikasiyaların inkişafı region dövlətlər üçün vacibdir, bunun  faydası olar. Bəzi dövlətlər Cənubi Qafqazda sabitliyin bərpasında maraqlı olmasa da, region dövlətləri üçün bu, çox əhəmiyyətlidir. 

Bu baxımdan Azərbaycan Prezidenti dəfələrlə Ermənistana çağırış xəbərdarlıq edib ki, tezliklə Azərbaycanın

5 prinsipi əsasında sülh müqaviləsini imzalamaq lazımdır. Əks halda yenidən "dəmir yumruğ"u dadacaqlar. Silahlanma ilə nəsə əldə edəcəyini düşünən Ermənistan unudur ki, yeni təxribatlar, sülh sazişini gecikdirmək ona nəsə qazandıracaq. Əksinə, hər dəfə uduzan tərəf olacaq.

Döyüş, müharibə hər şeydən əvvəl Ermənistanın iqtisadiyyatını tənəzzülə aparır ölkədə narazı qüvvələrin sayını artır. Onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməli, hər danışıqlar masasından qalxdıqdan sonra təxribata əl atmamalı, gəlinən razılıqlara əməl etməlidirlər.

Ümumilikdə Hayastanın gələcəyi, inkişafı Azərbaycanla sülh sazişi imzalayaraq regionda barışın təhlükəsizliyin bərqərar olmasından keçir. Bunu ermənilərin  vaxt uzatmadan anlamaları mütləqdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan əməldə bunu sübut etməli, qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxarmalı ərazimizə silah-sursat daşınmasını dayandırmalıdır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 21 may.- S.5.