ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı ədalətli sülhü dəstəkləməyə davam edəcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.

Qarşıdan gələn ildə təhlükəsizlik iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli firavan Müstəqillik Günü arzu edirəm.

 

Səmimiyyətlə,

Cozef R.Bayden

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Azərbaycan.-2023.- 21 may.- S.1.