“Bakı
Ürək Günləri”
8-ci Beynəlxalq Konqresi
keçirilir
Ümummilli Lider
Heydər Əliyevin
100 illiyinə həsr
olunmuş “Bakı Ürək Günləri”
8-ci Beynəlxalq Konqresi
öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı
ilə mayın 19-dan
21-dək keçirilən konqresin
açılış mərasimində
Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətindən
bəhs edən film nümayiş olunub.
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fərəh
Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına
ünvanladığı məktubunu
oxuyub.
Milli Məclisin
Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov keçirilən
konfransın Azərbaycan
tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri
kimi problemlərin ölkəmizdə aktuallığını,
Prezident İlham Əliyevin konqres ilə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi
olduğunu qeyd edib. “Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan
danışıb: “Ulu
Öndər ilk dəfə hakimiyyətə
gəldiyi gündən
tibbi kadrların yetişdirilməsinə böyük
önəm verib. Mən də həmin şanslı gənclərdən olmuşam.
Bu gün bir çox xəstəxanaların rəhbərliyində,
tibb universitetinin qocaman müəllimləri
arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi
mütəxəssislər tərəfindən
beynəlxalq təcrübənin
öyrənilməsi və
sözügedən sahədə
yeniliklərin müzakirəsinin
vacibliyini vurğulayıb:
“Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatlarına əsasən
ürək-damar xəstəlikləri
dünyada ölümlə
nəticələnən əsas
xəstəliklər arasında
birinci yerdədir. Ölkəmizdə də ölümlə nəticələnən
xəstəliklər siyahısında
qan dövranı sistemi xəstəlikləri
ön sıralardadır.
İcbari tibbi sığortanın tətbiqindən
sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları
da vətəndaşlar
üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə
yanaşı, agentliyin
müqavilə bağladığı
özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə, ötən il agentliyin müqavilə bağladığı özəl
tibb müəssisələrində
həm böyüklər,
həm də uşaqlar üzərində
34 mindən çox ürək-damar əməliyyatı
icra olunub. Cari ilin ilk
3 ayı üçün
bu rəqəm 5 mini ötüb. Artıq bu ildən
ilk dəfə olaraq TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında
ürək-damar cərrahiyyəsi
mümkün olacaq”.
Səhiyyə nazirinin
müavini Rasim İsmayılov çıxışında
Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat
yoluna nəzər salaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun,
mədəniyyətinin, səhiyyə
və təhsil sistemlərinin inkişafında
Ümummilli Liderin rolu əvəzolunmazdır.
Nazir müavini qeyd edib ki,
möhkəm bünövrə
üzərində formalaşmış
Azərbaycan dövləti
bu gün sürətli inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində
Azərbaycan bölgənin
aparıcı dövlətinə
çevrilib. Bu gün Ulu Öndər
Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə
davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının
uğurla tətbiqi nəticəsində səhiyyə
sistemini qarşıda
daha böyük tərəqqi, nailiyyətlər
gözləyir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin icraçı
direktoru Vüqar Qurbanov konqresin azərbaycanlı həkimlərə
dünyanın qabaqcıl
mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaratdığını
deyib: “Ürək-damar
xəstəlikləri dünyada
ölümlə nəticələnən
xəstəliklər arasında
birinci yeri tutduğu üçün
kardiologiya daim xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə
Təşkilatının hesabatlarına
görə, hər il dünyada 18 milyon insan ürək-damar
xəstəlikləri səbəbindən
dünyasını dəyişir.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri vaxtsız ölümlərin əsas səbəblərindəndir. TƏBİB olaraq ürək-damar xəstəliklərinin müayinə və müalicəsi xidmətlərinin təşkili və əlçatanlığı istiqamətində daim işlər aparırıq”. O, kardioloji xəstəliklərlə bağlı yalnız paytaxt Bakıda deyil, respublikanın digər bölgələrində də keyfiyyətli və əlçatan tibbi xidmətin təşkil olunduğunu deyib.
Azərbaycan.-2023.- 21 may.- S.2.