Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun işçilərinin say həddinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 500; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 1053; 2011, ¹ 7, maddə 699; 2012, ¹ 4, maddə 354, ¹ 6, maddə 594; 2014, ¹ 12, maddə 1647; 2018, ¹ 3, maddə 521; 2022, ¹ 3, maddə 248) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “655” rəqəmləri “757” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmişAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nun 3-cü hissəsi üzrə:

1.2.1. birinci abzasdasisteminəsözüstrukturunasözü ilə əvəz edilsin;

1.2.2. ikinci abzas ləğv edilsin;

1.2.3. “Bakı şəhər regional miqrasiya baş idarəsiabzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

Naxçıvan regional miqrasiya baş idarəsi”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1.2-ci bəndi nəzərə alınmaqla, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

 

Azərbaycan. - 2023.- 24 may.- S.3.