Prezident İlham Əliyev Laçında 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş evlə tanış olub

 

Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olduğunu bir daha göstərir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabradı verilmiş küçədə lövhənin açılışını edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına küçədə görüləcək işlər yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.

Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürdü.

Sonra dövlətimizin başçısı küçədə yerləşən bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.

 

 

Azərbaycan.-2023.- 31 may.- S.2.