Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub

 

Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olduğunu bir daha göstərir

 

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər plana əsasən görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş plan Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi tərəfdaşı Dunya Kovari-Binggeli bildirdi ki, Laçının özünəməxsus füsunkar təbiəti rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi sağlam həyat imkanları olan canlı cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Diqqətə çatdırıldı ki, Baş planın konseptual əsasınıTəbiətlə vəhdətdə olan şəhəryanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəriağıllı idarəetmə”, müasir qabaqcıl təhsil inklüziv mobillik həlləri ilə seçilən davamlı innovativ mərkəzə çevriləcək.

Qeyd olundu ki, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət turizm obyektləri yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhərprinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji səmərəli kənd təsərrüfatı, tikinti, yüngül qida sənayesi, balıqçılıq, tingçilik digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Xatırladaq ki, ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.

 

 

Azərbaycan.-2023.- 31 may.- S.6.