Azərbaycan İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

 

Tarixi səfər

 

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli, cənab Prezident.

 

Hörmətli qonaqlar, xanımlar cənablar.

 

Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

Biz, həmçinin irriqasiya kənd təsərrüfatı sahəsində planlarımızı artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək ixrac bazarımızı şaxələndirmək istəyirik.

Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi tədrisi məqsədlərimizə nail olmaq özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.

Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz ərazi bütövlüyümüz uğrunda bizimlə bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal mötəbər hissəsi olmuşlar bu gün belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Bizim gündəliyimiz həqiqətən genişdir. Mətbuat konfransı üçün vaxtımız məhduddur, əks halda ikitərəfli əməkdaşlığımızın geniş gündəliyi haqqında saatlar ərzində danışardıq. Əlbəttə ki, nümayəndə heyətlərinin üzvləri bu gün sabah daha sıx qarşılıqlı əlaqədə olacaqlar.

Yekunda mən bir daha cənab Prezidentə dəvətimi qəbul etdiyinə Azərbaycanı rəsmi səfərlə ziyarət etdiyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Ona İsrail xalqına sülh, uğur çiçəklənmə, Azərbaycanda yaxşı vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, cənab Prezident.

 

x x x

 

Sonra İsrail Prezidenti bəyanatla çıxış etdi.

 

Prezident İsxak Hersoqun bəyanatı

 

Təşəkkür edirəm, cənab Prezident.

 

Azərbaycana səfər etmək mənim üçün millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

 

Cənab Prezident, qonaqpərvərliyinizə, dəvətinizə görə təşəkkür edirəm. Mən bunun qarşılığında Sizi birinci xanımı İsrailə dövlət səfərinə dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş illər ərzində inkişaf etmiş heyrətamiz əlaqələrimizin ifadəsi olar. Prezident Əliyev, dövlətinizi qurub Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.

 

Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya nümayiş etdirə biləcəyimiz bir baxışdır.

 

Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin irəli gedə biləcəyimizin nümunəsidir. İndicə səhiyyə nazirlərimiz arasında şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq üçün qədər məsələ sahənin olmasının daha bir nümunəsi təcəssümüdür.

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.

Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda, dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz kimi, şalom, cənab Prezident.

 

Azərbaycan.-2023.- 31 may.- S.9.