Azərbaycanla Böyük Britaniya arasındayaşıl enerjisahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

 

 

Energetika naziri Pərviz Şahbazov iləBakı Enerji Həftəsiçərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. “Yaşıl enerji enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasının konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb. “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Sonra energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Sənayeləri Şurası ilə birgə keçirilənBaku connectadlı tədbirdə iştirak edib.

Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı bildirilib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb. Bildirilib ki, Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlığımız da təqdirəlayiqdir.

Əllidən çox şirkətin təmsil olunduğu tədbirAzərbaycanın enerji bazarına baxış layihə imkanları”, “Azərbaycanda biznesAzərbaycan enerji keçidini necə qəbul ediradlı üç sessiyada müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.-2023.- 31 may.- S.13.