Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1429; 2017, ¹ 4, maddə 674; 2018, ¹ 4, maddə 812; 2019, ¹ 6, maddə 1158; 2020, ¹ 11, maddə 1411) ilə təsdiq edilmişAzərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 2.1-ci bəndin üçüncü cümləsində “1 aydansözləri “30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən)” sözləri ilə əvəz edilsin həmin cümlədənhər aysözləri çıxarılsın;

 

1.2. 2.3-cü bəndə “30 (otuz) günsözlərindən sonra “(arxeoloji ekspedisiyalarda ən çox 60 (altmış) gün)” sözləri əlavə edilsin;

 

1.3. 2.9.3-cü yarımbəndə “3” rəqəmindən sonra “(arxeoloji ekspedisiyalarda 10)” sözləri əlavə edilsin;

 

1.4. həmin Qaydalara əlavə – “Azərbaycan Respublikasında elmi ekspedisiyalar çöl işlərinin aparılması üzrə xərc normalarıüzrə:

 

1.4.1. 2-ci hissə üzrə:

 

1. birinci abzasaGörüləcək (aparılacaq) işlərin adısütununa “3” rəqəmindən sonra “(arxeoloji ekspedisiyalarda 10)” sözləri əlavə edilsin;

 

2. dördüncü abzasdaMəbləğ (manatla)” sütununda “8” rəqəmi “25” rəqəmləri ilə əvəz edilsin;

 

1.4.2. 3-cü hissəninMəbləğ (manatla)” sütunu üzrə:

 

1. ikinci abzasda “12” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin;

 

2. üçüncü abzasda “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin;

 

3. beşinci abzasda “5” rəqəmi “25” rəqəmləri ilə əvəz edilsin.

 

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.7.