Ağdamda şair Nazim Muğanlının 70 illik yubileyi qeyd edilib

 

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Nazim Muğanlının (Bağırov) 70 illik yubileyi qeyd olunub.

Azərbaycan Respublikasının Əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun aparıcılığı ilə baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Elmlər Akademiyasının professoru Asif Rüstəmli, AYB-nin əməkdaşları Rauf Aslanov, İlqar Fəhmi, Səlim Babullaoğlu, şəhid ailələri qazilər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Nazim Muğanlının həyat yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuşdur. Sonra RİH-in başçısı Vaqif Həsənov digər natiqlər yubilyarın yaradıcılığından ədəbi fəaliyyətindən söhbət açmışlar. Tədbirin gedişində Nazim Muğanlının müəllifi olduğu şeirlər səsləndirilmiş, Ağdam Musiqi Kollecinin "Qarabağ" instrumental ansamblının təqdimatında xalq bəstəkar mahnılarından ibarət musiqi nömrələri kompozisiyalar təqdim edilmişdir.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirmişdir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2023.- 4 noyabr, № 242.- S.12.