Türk əsrinin Azərbaycan zamanı

 

İlham Əliyevin Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi üçün irəli sürdüyü təşəbbüslər liderlərin tam dəstəyini aldı

 

Türkdilli ölkələr arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə vahid güc mərkəzinə çevrildiyini söyləməyə əsas verir.

Son illərdə türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyinin şahidi oluruq. Təmasların mütəmadi xarakter almasında isə Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır. İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür. Bütün bunların nəticəsidir ki, son illərdə türk dövlətləri arasında əlaqələr hər sahədə intensiv xarakter alıb dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Noyabrın 3-də təşkilatın Astanada keçirilən "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək, həm bu addımlara əsasən gələcək prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətli oldu.

Görüşdə liderlər arasında aparilan müzakirələrə, təşkilatın artan imkanları fonunda səslənən fikirlərə əsasən deyə bilərik ki, dünyada yeni qurulan siyasi nizamda türk coğrafiyası TDT çətiri altında yeni güc mərkəzlərindən birinə çevrilir. Əsas hədəf bu birliyi daha da gücləndirmək, istisadi əlaqələri getdikcə şaxələndirməkdir.

 

Naxçıvandan başlayan uğurlu yol

 

Azərbaycan həmişə türk dünyasının mütəşəkkilliyi üçün mühüm addımlar atıb, bu istiqamətdə yüksək töhfələr verib. Bütün dövrlərdə türk dövlətlərinin birliyi amallarına sadiq qalan Azərbaycanın bu istiqamətdə təşəbbüslərindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.

14 il öncə, 2009-cu ildə Naxçıvanda keçirilən toplantıda imzalanan sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. Həmin zaman sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın Türkiyənin liderliyi təşkilata üzv ölkələr arasında əməkdaşlıq əlaqələri genişləndirib. 2021-ci ilin noyabrında şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan 2 müşahidəçi üzvü - Macarıstan Türkmənistan var.  Birliyin üzvləri bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda iqtisadi, siyasi əlaqələri durmadan genişləndirir, neft-qaz resurslarını Avropaya nəql edirlər.

Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. TDT- üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək, görərik ki, onlar şərqdən qərbə tam bir nəqliyyat marşrutu - Orta dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki şərqlə qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula 855 milyard dollardan çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, geniş nəqliyyat yollarına müasir hərbi imkanlara malikdirlər. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edirlər.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Təsadüfi deyil ki, 2023-cü ilin yanvar-avqust aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib.

 

İlham Əliyevə böyük ehtiram

 

Bu Zirvə görüşündə ilk diqqətçəkən məqam liderlərin Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil siyasətə, təşkilatın daha da güclənməsi istiqamətində irəli sürdüyü təşəbbüslərə verdikləri yüksək dəyər oldu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ev sahibi kimi ilk çıxışında İlham Əliyevi Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək dedi: "Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün türk dövlətlərində qürur doğurduğunu bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq dedi ki, can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoyub: "Bu tarixi uğurdan son dərəcə qürur sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açdı: "Sizin yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı türk dünyasında layiqli yer tutur, böyük hörmətə nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir".

Şavkat Mirziyoyev həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışaraq bildirdi ki, tarixi ədalət zəfər çaldı. Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur: "Avqust ayında Şuşa Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər - ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm".

Qırğız Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək dedi ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Macarıstanın Baş naziri Viktor Orban isə regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə Qarabağın bərpası işlərində İlham Əliyevə uğurlar arzuladı, qazanılan nailiyyətlərə görə onu təbrik etdi.

Bütün bunlar, əlbəttə ki, Azərbaycana, onun lideri İlham Əliyevə verilən yüksək dəyərin bariz təcəssümüdür.     

 

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb

 

Zirvə görüşündə çıxış edən İlham Əliyev isə bir daha bəyan etdi ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə nüfuza malikdir.

Azərbaycanın türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu da vurğulayan İlham Əliyev dedi ki, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Prezident diqqətə çatdırdı ki, artıq birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Münasibətlərin inkişafı kontekstində nəqliyyat logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Ölkəmiz "Şərq-Qərb" nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir.

İlham Əliyev eyni zamanda Şanlı Zəfərimizin yaratdığı reallıqlardan, hazırda Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən böyük tikinti-quruculuq prosesindən bəhs edərək bu prosesdə öz dəstəyini əsirgəməyən, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilməsində verdikləri dəstəyə görə qardaş ölkələrin liderlərinə minnətdarlığını bildirdi.

 

Yeni transmilli layihələr TDT-nin gücünü daha da artıracaq

 

Zirvə görüşündə həmçinin türk dövlətlərinin nəqliyyat-tranzit imkanlarının, enerji ixraclarının daha da şaxələndirilməsi istiqamətində də müzakirələr aparıldı.  

Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək: "Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Orta dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk".

Türkmənistan Parlamenti Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq dedi ki, Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə və gələcəkdə dünya bazarına ixrac edilməsi imkanları da var.

Bütün bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir. Çünki güclənən məhz türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə isə Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən İlham Əliyevdir. Azərbaycan Prezidenti mühüm təşəbbüsləri ilə TDT-nin vahid güc mərkəzinə çevrilməsi prosesinə müsbət impuls verir. 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.6.