Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib

 

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindən başlayıb müəyyən edilən marşrut üzrə Zəfər parkınadək davam edib.

Hərbi qulluqçularımız gələcəyin zabitləri yürüşləri ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur iftixar hisslərini nümayiş etdiriblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə marşlar şüarlar səsləndiriblər.

İzləyənlər tərəfindən hərbi yürüş böyük maraq alqışlarla qarşılanıb. Sonda Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin  konserti olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.

 

Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243.- S.3.