AZƏRTAC ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqavilə imzalanıb

 

İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqavilə imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Anadolu Agentliyinin İdarə Heyətinin sədri, Baş direktoru Serdar Karagöz imzalayıblar.

Yeni müqavilə yazılı xəbərlə yanaşı, qarşılıqlı foto video mübadiləsini nəzərdə tutur. Sənədə əsasən, iki agentlik arasında təcrübə mübadiləsi texniki dəstək həyata keçiriləcək.

 

Azərbaycan.- 2023.- 7 noyabr, № 244- S.4.