Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.-2023.- 9 noyabr, № 246. - S.6.