Bakı Beynəlxalq Kitab SərgisindəUzun HəsənAğqoyunlu dövlətinin hökmdarıkitabının təqdimatı olub

 

 

Heydər Əliyev Fondu IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Sərgidə Fondun müxtəlif nəşrləri təqdim edilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Beynəlxalq Kitab Sərgisi çərçivəsindəUzun HəsənAğqoyunlu dövlətinin hökmdarıkitabının təqdimatı keçirilib.

Fond tərəfindən nəşr olunan kitab iki hissədən ibarətdir. Birinci hissədə Uzun Həsənin şəcərəsi, tərcümeyi-halı haqqında məlumat verilir.

Nəşrdə, həmçinin Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili xarici siyasəti, XV əsrdə Azərbaycanda dünyada baş vermiş siyasi proseslər, XIV-XV əsrlərdə Azərbaycana gəlmiş Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar, Azərbaycanın ilk qadın diplomatı, Uzun Həsənin anası Sara Xatunun fəaliyyəti, Uzun Həsənin həyat yoldaşı Despina Xatunun obrazının Avropa mədəniyyətində tərənnüm olunması haqqında tarixi məlumatlar yer alıb.

Kitabda dünya muzeylərində Ağqoyunlu dövlətinə aid maddi-mədəniyyət nümunələrinin kolleksiyaları haqqında da məlumatlar verilir.

Nəşrin ikinci hissəsi kataloqdur. Burada İstanbul şəhərində yerləşən Hərb Muzeyindəki nadir eksponatların, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi Gəncə tarix-diyarşünaslıq muzeyinin, Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan Ağqoyunlu dövrünə aid 50-dən çox eksponat haqqında məlumatlar əldə etmək mümkündür.

Qeyd edək ki, kitab Heydər Əliyev Mərkəzində hazırda davam edənUzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarısərgisi çərçivəsində nəşr olunub.

 

Azərbaycan.-2023.- 14 noyabr, ¹ 247.- S.6.