Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

 

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

 

 

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramıÇin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə Sizin simanızda dost xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirmişdir.

Yaxın dost etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar digər sahələrdə çox aydın böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasıKəmər yollayihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.

Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə davam etdirildiyini görmək istərdik.

Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü suverenliyini daim birmənalı şəkildə dəstəkləmişdir. Çinin ölkəmizin ərazi bütövlüyünə suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Çin çoxşaxəli münasibətlərinin daha da inkişafı, ikitərəfli çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2023-cü il

Azərbaycan.-2023.- 1 oktyabr.- S.1.