Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin xüsusi önəmi var

 

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Dövlətimizin başçısı xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirdi.

Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirdi. Qeyd etdi ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti bildirdi ki, bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə ən önəmli konqreslərdən biri olacaq. Belə ki, Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək.

Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı iləSosial iqtisadi faydalar naminə kosmik texnologiyalaradlı seminarın Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresinin keçirildiyi bildirildi.

Söhbət zamanı Bakı şəhərinin Konqres Mərkəzinin bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığı xüsusi qeyd olundu.

 

Azərbaycan.-2023.- 1 oktyabr.- S.1-2.