Ümummilli savaş

 

Ədalətlə bitdi

 

"Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, sülh, müharibə - davamlı danışıqlar məhz belə sürəcək. Eyni zamanda yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər tədricən boşa çıxdı".

Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda II Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev 53 ölkədən gələn 200-ə yaxın xarici qonağın, ümumilikdə 400 iştirakçının qarşısında Azərbaycanın apardığı ümummilli savaşın səbəbləri nəticələri barədə konkret faktlarla çıxış etdi. İşğalçı Ermənistanın uzun illər həyata keçirdiyi məkrli siyasət, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, terror aktları barədə geniş məlumat verən dövlət başçısı bütün bunların fonunda Azərbaycanın humanist siyasət yürütdüyünü, hər zaman sülhün tərəfdarı olduğunu vurğuladı.

Bütün bunlar tarixi faktlardır ki, Azərbaycan 1992-ci ildən 2020-ci ilə qədər Ermənistanla danışıqlar apardı. İlham Əliyevin dediyi kimi, sonsuz, mənasız danışıqlar aparılırdı onların nəticəsi sıfır idi. Əgər danışıqlara vasitəçilik edən ölkələr münaqişənin sülh yolu ilə həllini istəsəydilər, heç bir savaş olmayacaqdı. Ancaq ATƏT-in çətiri altında yaradılan keçmiş Minsk qrupu yalnız Ermənistanın xeyrinə işlədi bu cəzasıqlıq mühitindən yararlanan Hayastan daha da "şirnikləşdi". BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi 4 qətnamə yalnız arxivlərdə tozlandı.

Əlbəttə ki, bunun sonu olmalı idi 2020-ci ildə həmin məqam yetişdi. Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu cəmi 44 günə BMT-nin qətnamələrinin icrasını həyata keçirdi. Ermənistan təslim oldu üzərinə öhdəliklər götürdü. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan yenə sülh istədi məğluba vaxt verdi. Müharibədən ötən 3 ildə yenə Ermənistanın siyasi rəhbərliyi Qarabağdakı keçmiş qondarma qurum bu vəziyyətdən istifadə edərək siyasi oyunlar oynamağa başladılar. Məqsəd bəlli idi - Azərbaycanın suveren ərazilərində "ikinci Ermənistan" yaratmaq.

İlham Əliyev isə dəfələrlə bəyan etdi ki, heç vaxt Azərbaycan ərazisində "ikinci Ermənistan dövlətinin" yaradılmasına icazə verilməyəcək. Çünki Azərbaycan müstəqil, suveren, öz hüquq haqlarını bilən qüdrətli dövlətdir.

Bu il sentyabrın 19-da isə qətiyyətli lider kimi İlham Əliyev verdiyi bəyanatı həyata keçirdi. Ölkəmizin ərazisində mövcudluğunu göstərməyə can atan qondarma qurumun fəaliyyətinə xitam verildi. Bu gün artıq Azərbaycan ərazilərində "boz" zona mövcud deyil.

Prezident Zəngilanda bir daha bu məsələyə toxunaraq dedi ki, "sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni artıq "boz" zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir bu, yaxşı siqnaldır, - bəziləri hələ qisasçılıq, revanşist ideyalarla yaşayırlar, - bu onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar".

Qalib Sərkərdə kimi İlham Əliyev bir daha Qarabağın erməniəsilli sakinlərinə mesaj göndərərək bildirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcək. Artıq onlara reinteqrasiya ilə bağlı, hüquqlarına dair öz baxışını təqdim edib. Erməni sakinlərin dini, təhsil, mədəni, bələdiyyə hüquqları, yəni bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, Konstitusiyamıza beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.

Bu, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı sərsəm fikirlər səsləndirən, Azərbaycanın əleyhinə hansısa qətnamələrin qəbul edilməsinə can atan bəzi xarici "diplomatlar"a, erməni lobbisinin buyruq qullarına həm bir xəbərdarlıq idi. Çünki həmin şəxslər bəzi ölkələr Azərbaycanın ədalətli siyasəti ilə bağlı dünya ictimaiyyətində yanlış fikirlər formalaşdırmağa çalışırlar.

İlham Əliyev bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə Zəngilandan mesaj da yolladı: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir".

Əgər Azərbaycan həqiqətən "etnik təmizləmə" siyasəti aparsaydı, Qarabağın erməni sakinləri üçün heç bir humanitar yardım göndərməz, yaşadıqları ərazilərdə qalıb yeni həyata başlamaları üçün humanist təkliflər irəli sürməzdi. Amma dünya İlham Əliyevin necə dahi siyasətçi olduğunu bilir bütün proseslərə aydın şəkildə şahidlik edir.

Dünya ictimaiyyətinə artıq o da bəllidir ki, İlham Əliyev deyir edir. Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. Onun elə bir sözü yoxdur ki, yerinə yetirilməsin. Məhz bu siyasəti İlham Əliyevi dünyada ən etibarlı lider kimi tanıdıb.

Bu gün isə İlham Əliyev Ermənistana yenə sülh müqaviləsi təklif edir: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh sabitlik istəyirik. Bu, mümkündür seçim Ermənistanındır".

İnanmaq istərdik ki, məğlub ölkənin rəhbərliyi özündə cəsarət tapıb İlham Əliyevin bu fikirlərindən sonra sülh müqaviləsinin tezliklə imzalanması, regionda sabitliyin bərqərar olması istiqamətində konkret addımlar atacaq.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 1 oktyabr.- S.3.