Qarabağda yaşayan erməni əhalinin hüquqları təmin ediləcək

 

Qarabağ bölgəsində separatçı qüvvələrə qarşı həyata keçirilən antiterror tədbirlərindən sonra ərazidəki şəhər qəsəbələr Azərbaycan Ordusunun hüquq-mühafizə orqanlarının nəzarətindədir. Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri dayaq məntəqələri ləğv edilir. Ərazidə kommunikasiya xətləri bərpa olunur. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da Tərtər Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv olunaraq, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Qəhrəman Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaət nəticəsində kriminal xunta rejiminin sonu çatdı. Saxtakarların, quldurların qondarma "artsax respublikası" qaranlıqlara gömüldü.

Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin dağıdılması bölgədə sülhə, əmin-amanlığa yol açdı. Bu qələbə, əslində illərdir ki, kriminal xunta rejiminin girovuna çevrilən erməniəsilli sakinlərin qurtuluşu oldu. Artıq separatçıların təhdidləri, onlardan asılılıq var. Azərbaycan dövləti erməniəsilli sakinlərin təhlikəsizliyinə təminat verir. Ünvanına çatan davam etdirilən humanitar yardımlar da Azərbaycan dövlətinin onlara diqqətinin, qayğısının təzahürüdür.

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah sursat barədə  məlumatı açıqlayır. Atıcı silahlar, qumbaraatanlar, top haubitsalar, minaatanlar, tank əleyhinə silahlar, zirehli texnika, raketlər... Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus bu silah-sursat Azərbaycan Ordusu tərəfindən Qarabağın müxtəlif ərazilərində aşkar edilərək müsadirə olunur. Ermənistan bu cəbbəxanaları bölgədə təxribatlar törətmək, sülhə, sabitliyə imkan verməmək üçün yaratmışdı.

Azərbaycan dövləti bütün bölgələrində olduğu kimi, Qarabağda da erməniəsilli vətəndaşlarının qorxusuz, təlaşsız, sülh əmin-amanlıq içərisində yaşamalarını istəyir, bunun üçün böyük səy göstərir.

Ermənistanın işğal  zaman xarabalığa çevirdiyi, Azərbaycanın yenidən qurduğu Zəngilanda sentyabrın 29-da keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik, bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır: "Biz Qafqazda sülh sabitlik istəyirik. Bu, mümkündür seçim Ermənistanındır".

Azərbaycan heç zaman müharibə istəməyib. Bölgədə bütün münaqişələr, qarşıdurmalar, müharibələr Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş verdi. Qarabağ Şərqi Zəngəzur ərazilərimiz otuz ilə yaxın Ermənistanın işğalı altında qalanda da Azərbaycan dövləti məsələni yalnız dinc yolla həll etməyə çalışdı. Dövlətimizin başçısı qeyd etdiyimiz forumda çıxışında vurğuladı: "Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. İndi isə müharibədən sonra sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək".

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında görüşlər keçirilir, Azərbaycan Respublikasının Konstitusiyası qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılır. İlk görüş Yevlaxda, ikincisi Xocalıda təşkil edildi. Sentyabrın 29-da Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında üçüncü görüşün yeri yenə Yevlax şəhəri oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına əsasən, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası bu xüsusda Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.

Məlumatda qeyd edilib ki, mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib: "Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər".

Görüşdə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar sosial xidmətlər zərfi haqqında məlumat verib. Təsərrüfat, kommunal digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulduğunu bildirib.

Göründüyü kimi, Qarabağda erməniəsilli əhalinin qalıb yaşamaları üçün heç bir problem yoxdur. Öz istəyi ilə, könüllü şəkildə gedənlərin "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən maneəsiz keçidi təmin olunur. Ermənistan istiqamətində hərəkət edən erməniəsilli sakinlər onlarla çox yaxşı davranıldığını söyləyərək, minnətdarlıqlarını bildirirlər.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 1 oktyabr.- S.8.