Bakı Təşəbbüs Qrupu”nun BMT- təşkil etdiyi müzakirələr dünya mediasında böyük rezonans doğurub

 

 

Bakı Təşəbbüs Qruputərəfindən sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında keçirilənDekolonizasiya: Sakit inqilab” adlı konfrans dünya mediasında, xüsusən Fransanın müstəmləkəsi olan ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, həmçinin sosial şəbəkələrdə böyük rezonans doğurub.

AZƏRTAC xəbər verir ki, “France-Antilles” nəşrində dərc olunan Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının (UPLG) nümayəndəsi Jan-Yacob Bisepin "Qvadelupa mütləq tarixin qatarına minməlidir" sərlövhəli müsahibəsində tədbirin əhəmiyyəti vurğulanıb. Nəşrin müsahibi qeyd edib ki, Qvadelupanın UPLG təşkilatıBakı Təşəbbüs Qrupu”nun dəvəti ilə BMT-nin kürsüsündən adanı, onun müstəmləkəçi keçmişini indiki nəticələrini təqdim edib. O əlavə edib ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı hələ neokolonistlərin hökmranlığı altında olan ölkələrin qurtuluşuna töhfə vermək üçün təşəbbüs qrupunu dəstəkləyir. 2023-cü il iyulun 4-də bu məsələ Bakıda müzakirə edilib mövzu ilə bağlı işlərin davam etdirilməsi üçün BMT-nin mənzil-qərargahında ikinci toplantının təşkili qərara alınıb.

J.Bisep vurğulayıb ki, konfransın Yekun Bəyannaməsində Qvadelupanın müstəmləkə əsarətindən azad edilməsində Qoşulmama Hərəkatının dəstəyi əks olunub. “Artıq bir çox əlaqələrimiz var. İyul ayında biz Kubada Karib hövzəsi Latın Amerikası ölkələri arasında görüş keçirdik. Bu toplantı zamanı Puerto-Riko da daxil olmaqla, bu təşəbbüsü bölüşən Karib ölkələri ilə dekolonizasiya məsələləri üzrə əməkdaşlıq əlaqələri qurduq mübarizəmizi qarşılıqlı şəkildə razılaşdırdıq. Biz Qoşulmama Hərəkatı ölkələri ilə birlikdə irəliləyirik artıq bir çox ölkələr bizim mübarizəmizlə həmrəylik nümayiş etdirir. Bizim beynəlmiləlləşdirmə kampaniyamız qarşıdakı aylarda da davam edəcək”, -deyə o diqqətə çatdırıb.

Müsahibədə qeyd edilib ki, Qvadelupa tarixi haqqında məlumat əldə edən ölkələr tez-tez Fransanın müstəmləkəçilik siyasəti onun son müstəmləkələrinə göstərdiyi rəftardan təəccüblənir. Çoxları başa düşür ki, Parisin beynəlxalq səhnədəki diskursu onun xaricdəki ərazilərin idarə olunmasında etdiyi seçimlərə uyğun gəlmir. “Biz siyasi mübarizəmizi beynəlmiləlləşdirmək üçün bu kampaniyaya qoşuluruq, çünki Fransanın bizi tələyə salmağa çalışdığı ölümcül baş-başa vəziyyətdən çıxmaq bizim üçün vacib görünür. Qvadelupa mütləq tarixin qatarına minməlidir, çünki biz geosiyasəti dünya iqtisadi nizamını sarsıdacaq böyük hərəkat ərəfəsindəyik. Artıq BRICS dolların gücünə qarşı mübarizə aparmaq üçün təşkilatlanır. Afrika ölkələri neokolonializmdən FrancAfriquesistemindən xilas olmaq üçün bir araya gəlir. Gələcək dəyişiklikləri qəbul etməyin vaxtıdır. Biz Qvadelupada digər Fransa koloniyalarında özümüzə siyasi vasitələr əldə etməliyik”, -deyə J.Bisep vurğulayıb.

“La1ere.Francentvinfo” nəşrində Qvadelupa Milli Alyansının (GNA) təmsilçisi Natali Minatçinin konfransın yekunları ilə bağlı fikirləri dərc olunub. Alyansın nümayəndəsi qeyd edib ki, 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yarananda dünya əhalisinin təxminən üçdəbiri, yəni 750 milyon insan müstəmləkəçi dövlətlərdən asılı idi. O vaxtdan bəri 80-dən çox keçmiş müstəmləkə müstəqillik qazandı BMT onların dekolonizasiyasını təşviq etmək üçün geniş işlər gördü. Bu fəaliyyət indi davam edir. Bu kontekstdə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının səyləri, xüsusənBakı Təşəbbüs Qrupu”unun fəaliyyəti təqdirəlayiqdir.

Musulmans en France” nəşrində konfransın əhəmiyyəti ilə bağlı dərc edilən materialda diqqətə çatdırılıb ki, Fransa bütün dünyada müstəmləkələrindən məhrum olur bu proses 1955-ci il sentyabrın 30-da Əlcəzairdən başlayıb. Həmin gün BMT öz gündəliyinə Əlcəzair məsələsini daxil edib. Bundan sonra Fransa nümayəndə heyəti etiraz əlaməti olaraq iclası tərk edib bu ölkənin xarici işlər naziri deyib: “Mən Fransanın sivilizasiya missiyasının şübhə altına alınmasına icazə verməyəcəyəm”.

Yazıda qeyd olunub ki, BMT-nin özünü müstəmləkə vəziyyətində hesab edən suverenliyinə can atan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyan dekolonizasiya üzrə xüsusi Komitəsi var. Bu günə qədər Birləşmiş Millətlər Təşkilatı 17 ərazini müstəmləkəçi güclərdən asılı olaraq tanıyır. Məqalədə vurğulanıb: “Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasında hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Qvadelupa nümayəndə heyətini dekolonizasiya ilə bağlı iclasda iştirak etməyə dəvət etdi, bu iclasdason Fransız koloniyaları məsələsimüzakirə edildi. Bu dəvət Qoşulmama Hərəkatının (Azərbaycan Respublikasının sədrlik etdiyi) Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş birinci konfrans zamanı qəbul edilmiş qərardan sonra verilib. YaradılanBakı Təşəbbüs Qrupumüstəqillik uğrunda mübarizə aparan bir neçə təşkilatın üzvlərindən ibarətdir. Azərbaycan, təbii olaraq, bloka daxil olmayan ölkələrin sədri rolunda idi, lakin düşünməyə bilməzdik ki, bu, həm öz hüquqlarını müdafiə etmək naminə separatçı erməniləri dəstəkləyən Fransaya yaxşı cavabdır. Müstəmləkəçilik ya neokolonializm siyasəti bu gün geniş şəkildə pislənilir, xüsusən son vaxtlar münasibətləri pisləşən Əlcəzairdə Fransa mətbuatının Mərakeş zəlzələsi ilə bağlı alçaldıcı rəftarını tənqid edən Mərakeşdə bu proseslər daha barizdir.

Madinin-art”, “Caraibcreole”, “Le Club de Mediapart” “Angladvoupportalları , “Justice” jurnalındaDekolonizasiya: Sakit inqilab” adlı konfransın Yekun Bəyannaməsinin mətni dərc edilib.

Sənəddə qeyd edilib ki, Nyu-Yorkda keçirilən konfransın iştirakçılarıBakı Təşəbbüs Qrupu”nun fəaliyyətə başlamasını alqışlayır Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin yardımı ilə bu mühüm tədbirin ikincisini təşkil etdiyinə görəBakı Təşəbbüs Qrupu”na təşəkkür edir.

Nyu-Yorkda Yeni Kaledoniya, Fransa Polineziyası, Martinika, Qayana Qvadelupa antimüstəmləkə hərəkatları bu gün öz səslərini mümkün qədər ucadan qaldırmaq, onların əsas azadlıqlarına, təzminatlara, xalqların inkişafına hörmət edilməsini təmin etmək səylərini dəstəkləmək üzrə dünyaya, eləcə BMT daxil olmaqla, beynəlxalq təşkilatlara təcili müraciət edir.

Bakı Təşəbbüs Qrupu Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı Sakit okean hövzəsindəki son Fransa müstəmləkələrinə qarşı fəaliyyət göstərən təşkilatlar xalqlarımız arasında zəruri həmrəyliyin möhkəmləndirilməsi Qoşulmama Hərəkatı ilə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə öz işlərini davam etdirəcəklər”, -deyə Bəyannamədə vurğulanıb.

 

Azərbaycan.-2023.- 3 oktyabr.- S.7.