Qisas qiyamətə qalmadı

 

Erməni terrorçular artıq Azərbaycan qanunları qarşısında cavab verirlər

 

"Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik biz onları məsuliyyətə cəlb edirik edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri alacaqlar".

Sentyabrın 20-də xalqa müraciəti zamanı Prezident İlham Əliyevin söylədiyi kimi, milli kimliyimizə düşmən kəsilən, heysiyyətimizlə oynayan cinayətkar  separatçılar, bir zamanlar Qarabağda at oynadan qondarma qurumun oyuncaq prezidentləri, deputatları, nazirləri... indi qolları qandallı, başları aşağı halda Azərbaycan qanunları qarşısında cavab vermələri üçün Bakıya gətirilirlər.

Törətdikləri çoxsaylı cinayət əməllərinə görə saxlanılan xuntaçıların siyahısında sabiq "dövlət naziri" Ruben Vardanyan, "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi" separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini" Davit Manukyan, eləcə qondarma qurumun "prezident"ləri Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan da var...

Bu siyahının daha da uzanacağı, xalqımıza qarşı cinayət əməlləri törədən separatçıların hamısının bir-bir tutularaq layiqli cəzalarını alacaqları zamanın hökmüdür...

 

Gəncəlilərin qatili

 

Bu da İlahi ədalətin öz yerini tapmasının daha bir nümunəsidir ki, cinayətkar qondarma rejimin quldur başçısı, Vətən müharibəsi dövründə Gəncə şəhərində Bərdə rayonunun yaşayış məntəqələrində əli çoxsaylı mülki insanlarımızın qanına batan Arayik Harutyunyan məhz elə Gəncə terrorunun üçüncü ildönümü ərəfəsində həbs olunaraq cinayət məsuliyyətinə cəlb edildi.

Bu il oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidməti  tərəfindən Xankəndi şəhərində saxlanılan Arayik Harutyunyana Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham elan edilib.

DTX-nin bununla bağlı ötən gün yaydığı məlumatda bildirilir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin Arayik Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri Bərdə rayonunun yaşayış məntəqələri mülki obyektlərini hədəfə alaraq ballistik digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki hərbi infrastruktura ağır ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Hazırda DTX Baş Prokurorluq tərəfindən zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Arayik Harutyunyan Serj Sarkisyanın qanlı yolunu davam etdirirdi

 

Son iki yüz il ərzində milli düşmənçilik zəminində ard-arda Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımları törədən ermənilər Birinci Qarabağ müharibəsində bu mənfur əməllərini davam etdirərək xalqımıza qarşı saysız-hesabsız müharibə cinayətləri, Ballıqaya, Ağdaban, Başlıbel kimi faciələr yaşadıblar. 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı soyqırımı həyata keçirən erməni qatilləri 613 günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər. 8 ailəni tamamilə Yer üzündən siliblər. Həmin gün 1275 Xocalı sakini girov götürülüb erməni cəlladları tərəfindən amansız işgəncələrə məruz qalıblar.

1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanlarından olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sonralar Tomas de Vaalın "Qara bağ" kitabında yer alan müsahibəsində insanlıq cinayəti olan bu əməlini fəxr hissi ilə belə dilə gətirib: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq".

Erməni faşizminin xalqımıza qarşı qanlı əməlləri bununla da bitmədi getdikcə daha qabarıq formada özünü göstərməyə başladı.

44 günlük Vətən müharibəsi zamanı dəfələrlə müharibə meydanından kilometrlərlə uzaqda yerləşən şəhər kəndlərimizin qatil ermənilər tərəfindən raket atəşinə tutularaq terrora məruz qalmasını, mülki vətəndaşlarımızın qətl edilməsini bütün dünya gördü.

Lakin beynəlxalq ictimaiyyət Xocalı hadisələrində olduğu kimi, Ermənistan separatçıların Gəncədə soyqırımı törətməsinə, Bərdədə, Tərtərdə digər yaşayış yerlərimizdə insanlarımızı qətl etməsinə səsini çıxartmadı.

Baxmayaraq ki, uşaq qatili Serj Sarkisyanın davamçısı, qondarma rejimin  cinayətkar başçısı Arayik Harutyunyan 2020-ci ildə Gəncə şəhərini vur əmrini verdiyini, Azərbaycanın digər böyük şəhərlərinə zərbə endirəcəklərini həyasızlıqla, ağzı köpüklənə-köpüklənə, "fəxrlə" videokamera önündə etiraf edib.

Azərbaycan dövləti dəfələrlə Ermənistan onun himayə etdiyi qondarma qurumun xalqımıza qarşı törətdiyi cinayətləri faktlarla beynəlxalq təşkilatların diqqətinə çatdırıb, lakin bununla bağlı Ermənistana hər hansı sanksiyalar tətbiq edilməyib, qondarma qurumun özünü buraxması ilə bağlı hansısa təzyiqlər edilməyib. Elə bu cəzasızlıq mühitindən yararlanan Ermənistan separatçılar azərbaycanlılara qarşı cinayət əməllərini davam etdiriblər.

 

Əsrlərin qisası

 

2020-ci ildə torpaqlarını işğaldan azad edən Azərbaycan cəmi üç ildən sonra Qarabağ bölgəsində suverenliyini tam təmin etdi. Dövlətimiz Qarabağda kök salmış quldur yuvasını dağıdaraq kriminal rejimin ünsürlərini bir-bir cinayət məsuliyyətinə cəlb edir. Əminik ki, Azərbaycan qanunları qarşısında cavab verən cinayətkarlar sırasına Serj Sarkisyan, Robert Koçaryan da qoşulacaq... 

Biz illərlə Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə daha neçə-neçə sadalamadığımız ərazilərdə erməni faşizminin qurbanına çevrilən, başlarına faciələr gətirilən günahsız insanlara,  körpələrə, uşaqlara, cavanlara, yaşlılara yandıq, Yer üzündən silinən ailələrin müsibətlərinə, ömrü qundaqda qırılan körpələrin yarımçıq talelərinə ağladıq.

Ürəyimizdə alışan qisas alovu ilə torpaqlarımız uğrunda şəhid olan, əsir, girov götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın qisasını alacağımıza and içdik...

Bəli, indi Azərbaycan xalqı olaraq faşizm ideyalı separatçılardan əsrlərin qisasını aldığımız, onları bir-bir haqq-ədalət divanına çəkdiyimiz fəxrli, qürurlu günlər yaşayırıq.

Qisasımız qiyamətə qalmadı!

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.- 6 oktyabr.- S.5.