Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir

 

Regionda sülhün sabitliyin bərqərar edilməsi ilk növbədə bölgə dövlətlərinin marağında olmalıdır. Region dövlətləri istəmədikdən sonra kənardan sülhün gəlməsi qeyri-mümkündür. Müəyyən edilmiş sərhədlər daxilində sülhə nail olmaq hər kəs üçün prioritet olmalıdır.

Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması 30 ilə yaxın davam etmişdir bu, çox ağrılı bir proses olmuşdur. Təəssüf ki, BMT TŞ-nin qətnamələri, keçmişdə qalan münaqişənin həlli üçün mandat almış ATƏT-in Minsk qrupu bu müddət ərzində münaqişənin həll edilməsinə heç bir töhfə verməmişdir.

Hətta bugünkü vəziyyətdə görürük ki, bir zamanlar ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa əksinə, münaqişənin həllində yox, bölgədə hər zaman xaosun olmasında maraqlı olub. Bu ölkə Ermənistanı hər addımda revanşist hərəkətlərə təhrik edərək sülhün sabitliyin qarşısında maneə yaratmış, bu cəhdlərinə hazırda da davam edir. Fransa hər addımda tarixə qovuşmuş münaqişəni alovlandırmağa cəhd edir.

Bəzi dairələr unudurlar ki, məhz 2020-ci il sentyabrın 27-də başlayan Zəfər yürüşümüz 44 gün kimi qısa müddətdə tarixi qələbəmizlə başa çatıb. Nəticədə Ermənistan məğlubiyyətə düçar olaraq təslim olub kapitulyasiya aktını imzalayıb. Daha sonra 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri ilə separatçıların üzərində inamlı qələbə qazanmışıq ölkəmiz öz suverenliyini tam bərpa edib.

Bu gün erməni xalqı başa düşür ki, onları uzun illər ərzində idarə edən canilər yalnız Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətməmiş, eləcə öz hakimiyyətləri uğrunda bütün kriminal əməllərə bulaşmışlar.

Bu gün regionun inkişafı üçün birgə səylərin həyata keçirilməsinin zamanıdır.  Bunun əsasında regionun sabitliyi dövlətlərin birliyi dayanır. Davamlı inkişafa, sülhə sabitliyə nail olmağın yolu isə Ermənistanın sülh müqaviləsinı imzalamasından keçir. Ermənistan müqaviləni imzalamalıdır. Bunun icrasına nail olmaq üçün  ölkəmizin kifayət qədər gücü siyasi iradəsi var. Eyni zamanda regiona sülhün gəlməsi hər gün dayaqları bir az da zəifləyən Ermənistan hakimiyyətinin dağılmasının qarşısını almış olacaq.

Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu gün biz Cənubi Qafqazda Azərbaycan Gürcüstanın timsalında bir dostluq nümunəsi görürük. Ölkələrimiz tarixi, mədəni bağlılıqları ilə yanaşı, uzun illərdir ki, dostluq, sülh əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda yaşayan gürcülər, Gürcüstanda yaşayan azərbaycanlılar diskriminasiyaya məruz qalmadan yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər, yaradılmış bərabər imkanlardan yararlanırlar.

Xalqlarımız arasında tarixi köklərə dayanan dostluq münasibətləri Ümummilli Lider Heydər Əliyevin Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin səyləri nəticəsində dövlətlərarası dostluğa çevrilib. Ölkələrimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Liderin Gürcüstanla dostluğa verdiyi önəm, imzalanmış sənədlər münasibətlərin inkişafına müsbət töhfələr verib. Gürcüstan ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə bir sıra tədbirlərə evsahibliyi edir.

Sevindirici haldır ki, bu gün iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında dövlət başçılarının səmimi münasibətləri, yüksəksəviyyəli qarşılıqlı səfərləri müsbət rol oynayır. Birgə icra edilən layihələr, mədəni, iqtisadi, humanitar sahələrdə genişmiqyaslı əlaqələr hər iki ölkənin maraqlarına xidmət edir.

Qlobal layihələrin birgə icra edilməsi, dəmir yolu xəttinin çəkilişi, ölkələrin hər zaman bir-birinə dəstək verməsi, beynəlxalq təsisatlarda sıx əməkdaşlığı region dünya üçün bir dostluq nümunəsidir. Ölkəmiz hər zaman sülhə əməkdaşlığa böyük əhəmiyyət verir, sülhə birgəyaşayışa xidmət edən bütün müsbət addımları dəstəkləyir.

 

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini

Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.3.