XİN: Katrin Kolonanın Fransa Senatında Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyirik

 

Oktyabrın 11-də Fransanın Avropa xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.

Öz qanlı müstəmləkəçiliyi vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.

Qırx dörd günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh təhlükəsizliyə əsl töhfə olardı.

Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır.

Ölkəmizin suverenliyi ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq”, - şərhdə vurğulanıb.

 

Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.8.