UNESCO İcra Şurasının 217-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

 

Azərbaycan UNESCO-nun prioritet proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO ona üzv dövlətlərlə açıq, şəffaf inklüziv şəkildə işləməkdə qətiyyətlidir. Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə irqçilik ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı ProsesiMədəniyyət naminə sülhkimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb.

Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ mövcud olan irqçilik, ayrı-seçkilik bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.

Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr kitabxanalar kimi mədəni sərvətlər  vəhşicəsinə talan olunaraq yerlə bir edilib. İşğal zamanı Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Azərbaycanın işğal altında olmuş ərazilərində 2 000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb. Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə bir çox digər dədə-baba tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib”, - bəyanatda vurğulanıb.

Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə sarsıdıcı təsir göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir azərbaycanlının mədəni hüquqlarına, xüsusən hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib. Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir.

2020-ci il Üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə saxlamışdı. Bu ölkə, həmçinin, Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə mülki infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb.

Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura, eləcə mədəni dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın Xankəndidə səhiyyə xidmətlərinin bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib.

Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.

 

Azərbaycan.-2023.- 12 oktyabr, ¹-222.- S.9.