AMİP ötən 20 ili uğurlu inkişaf yolu kimi səciyyələndirir: “İlham Əliyevin Ali Baş Komandanlığı ilə başımızı dik tutmağa layiq olduğumuzu isbatladıq

 

Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olur. Bu dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, dayanıqlı iqtisadi göstəriciləri özündə əks etdirən uğurlu nəticələrə yiyələnmişdir.

Azərbaycan Respublikası olaraq iqtisadi, siyasi hərbi cəhətdən regionun aparıcı dövlətinə çevrilməklə yanaşı, həm dünya çapında ciddi uğurlara imza atılmışdır. İqtisadi uğurları nailiyyətləri ilə diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən respublikamıza qoyulan sərmayələrin həcmi xeyli dərəcədə artmışdır.

Azərbaycanın son illərdə iştirakçısı olduğu qlobal layihələr Avropanın enerji xəritəsini dəyişib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, həmçinin milli maraqlarımız  nəzərə alınmaqla həyata keçirilir. Neft-qaz sahəsində əldə edilən uğurlar sayəsində Trans-Anadolu Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verilmiş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, "Cənub qaz dəhlizi" layihəsinin aparıcı qüvvəsi kimi çıxış etmişdir. Ötən dövrdə Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrin icrasına da nail olunub. Azərbaycan bu gün həm bütün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan siyasi, iqtisadi strateji baxımdan böyük əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə bütövlükdə Avrasiya məkanında mühüm tranzit logistika mərkəzlərindən birinə çevrilib.

Bütün bunlarla əldə olunan digər uğurlarla yanaşı, bir məsələni xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Prezidentinin bu dövr ərzində gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzün bərpası 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunması dayanır. 44 gün davam edən İkinci Qarabağ savaşında əldə edilən möhtəşəm qələbə sayəsində Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə, ən azından son iki əsrdə ilk dəfə olaraq, işğal altındakı ərazilərimizi geri qaytara bildik, bununla da zədələnmiş milli qürurumuzu bərpa etdik, başımızı dik tutmağa layiq olduğumuzu isbatladıq.

İkinci Qarabağ savaşından sonrakı üç il ərzində dayanmadan hədəfə doğru yürüdük. Addım-addım irəliləməklə bir sıra strateji yüksəklikləri yolları nəzarətə götürdük. Bu il aprelin 23-də Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsini təsis etməklə ərazi bütövlüyümüzü bərpa etdik. 1991-ci ildən sonra ilk dəfə olaraq, bütün sərhədlərimiz boyunca nəzarəti ələ aldıq. 19-20 sentyabrda həyata keçirdiyimiz 23 saatlıq antiterror tədbirləri sayəsində isə tam olaraq ərazilərimizdə suveren hüquqlarımızı təsbit etdik. Nəticə etibarilə bu davamlı zəfərlərimiz sayəsində regionda Azərbaycanın liderliyi ilə tam yeni reallıqların yarandığını deyə bilərik. Bütün bu uğurlar isə sözsüz ki, Müzəffər Sərkərdə, Prezident İlham Əliyevin sayəsində xalqımıza nəsib olur.

 

Arzuxan ƏLİZADƏ,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.16.