YAP Sədrinin müavini Nepalda keçirilən AEPF-nin 5-ci iclasında iştirak edib

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müaviniMərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 14-də Nepalın paytaxtı Katmanduda keçirilən 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin qatıldığı Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edib.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən bildirilib.

Məlumat verilib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Avropa Parlamentindəki Avropa Mühafizəkarlar İslahatçılar Qrupunun (ECR) birgə platforması olan AEPF-nin yaradılmasında məqsəd Asiya Avropanın aparıcı siyasi partiyaları arasında əlaqələri genişləndirməkdir.

İclasda ICAPP Daimi Komitəsinin Sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, Nepalın sabiq Baş naziri, Nepal Kommunist Partiyasının (UML) sədri Xadqa Prasad Şarma Oli, ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Racan Bhattaray Nepal parlamentinin üzvü, Nepal Konqresi Partiyası Mərkəzi Komitəsinin üzvü, sabiq Baş nazir müavini xarici işlər naziri xanım Sucata Koirala açılış nitqi ilə çıxış ediblər.

Sonra AEPF-nin həmsədri, Avropa Parlamentinin Çexiyadan olan deputatı ECR-ın üzvü Yan Zahradilin moderatorluğu iləDayanıqlı turizmin təşviqimövzusunda birinci sessiya keçirilib.

Racan Bhattarayın moderatorluğu iləPandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunmasımövzusunda keçirilən ikinci sessiyada YAP Sədrinin müavini Tahir Budaqov da çıxış edib. Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk vaxtdan etibarən həm əhalinin sağlamlığını qorumaq, həm sosial-iqtisadi immunitet yaratmaq məqsədilə respublikamızda həyata keçirilən effektiv mübarizə tədbirlərindən bəhs edən Tahir Budaqov Azərbaycan iqtisadiyyatının pandemiyadan sonrakı mərhələyə hazırlanmasına elə pandemiya dövründə başlandığını vurğulayıb. YAP Sədrinin müavini çıxışında Azərbaycanın pandemiya dönəmində dövlət siyasətinin təkcə milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıdığını söyləyərək bu kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri - Azərbaycanın uğurla sədrlik etdiyi Türk Şurasının Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsini, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının baş tutmasını diqqətə çatdırıb. Azərbaycanın dünya miqyasındapeyvənd millətçiliyi”nə qarşı çıxması, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsinin yolverilməzliyi barədə çıxışları, eləcə Azərbaycanın peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə vaksinlər digər yardımlar göndərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində vəsait ianə etməsi xüsusi qeyd olunub. Tahir Budaqov çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə uğurlarının həm Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü təmin etməsi tarixi ədalətin bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi fonunda əldə edildiyini vurğulayıb: “Lakin həmin müharibənin yekunu olaraq Azərbaycan, Rusiya Ermənistan dövlət başçıları tərəfindən imzalanmış Bəyanatla Ermənistanın faktiki olaraq kapitulyasiyanı qəbul etməsinə baxmayaraq, həmin sənədlə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti yerləşdirildiyi ərazilərdə hərbi təxribatları davam etdirməsi, Azərbaycanın suverenliyinə konstitusiya quruluşuna təhdid yaradan revanşist hərəkətlərin günü-gündən artması Azərbaycanı 2023-cü il 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə məcbur etmiş 24 saat ərzində qanunsuz hərbi birləşmələrin ləğv olunması, ölkənin bütün ərazisi üzərində suverenliyimizin tam bərqərar olunması təmin edilmişdir. Növbəti mərhələdə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzurun bərpası orada yaşayan erməniəsilli əhalinin reinteqrasiyası, investisiyaların cəlb olunması, iqtisadi sosial sahələrdə islahatların davam etdirilməsi ölkəmiz qarşısında duran prioritet vəzifələrdir”.

Tahir Budaqov çıxışının sonunda siyasi partiyaları maliyyə sisteminin sabitliyini qorumaq iqtisadi inkişafın davamlılığını təmin etmək üçün tərəfdaşlıq əlaqələrini gücləndirməyə, bilik təcrübələrini bölüşməyə, daha sıx koordinasiyalı fəaliyyət qurmağa çağırıb.

İclasın sonunda AEPF-nin yenilənmiş fəaliyyət qaydaları aparılmış müzakirələrin əsas nəticələrini özündə əks etdirən Katmandu Bəyanatı qəbul edilib.

Günün sonunda iştirakçılar Nepal Kommunist Partiyasının Sədri Şarma Olinin adından verilən şam yeməyinə qatılıblar.

Səfərin sonuncu günü, oktyabrın 15-i mədəni proqram çərçivəsində iştirakçıların Himalay dağlarının ətəyində yerləşən Dhulikhel Nepalın qədim mədəniyyət mərkəzi olan Bhaktapur şəhərlərinə ziyarəti nəzərdə tutulub.

 

Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.2.