Əsrə bərabər 20 il

 

Tarixin inkarolunmaz dərsləri həqiqətləri var: "Dünya insanı yox, insan dünyanı dəyişdirir". Qurub-yaradan, şəhər kəndləri gülüstana çevirən, arzuları çiçəkləndirən, əməlləri, amalları ilə hörmət qazanan, ucalan da, müharibələr, qırğınlar törədən, ölkələri xaraba qoyan, vəhşi, zalım xisləti ilə bəşər övladına bəlalar gətirən, qan töküb ev yıxmaqdan həzz alan sonda nifrət qazanan da insandır.   

Ulu Öndərimiz Heydər Əliyev bildirirdi ki, "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir". Ümummilli Liderimizin fikirlərinə istinad edərək deyə bilirik ki, dünyanın xoşbəxtliyi, gələcəyi, firavanlığı, əlbəttə, insanın özündən asılıdır.   

Heydər Əliyevin söylədikləri, həyata keçirdikləri qəlbdən gəlirdi həyat amalı idi. Qurmağı, yaratmağı, insanlara səadət bəxş etməyi, vətənini, xalqını, xoşbəxt görməyi ömrünün mənası hesab edən bu dahi şəxsiyyət son nəfəsinə kimi bəşəri duyğularla, nəcib məqsədlərlə yaşadı xalqının qəlbində əbədi bir heykəl kimi ucaldı.

Azərbaycan tarixinə qurucu, yaradıcı, islahatçı, xilaskar, qəhrəman kimi imza atan əbədiləşən Ulu Öndərin xalq, vətən, insan qarşısında xidmətləri şərəfli ömrə, ictimai borca, vicdanlı əməllərə münasibətindən qaynaqlanırdı həm xalqın, həm öz ömrünü, həyatını mənalandırırdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə vətənin, xalqın inkişafı, rifahı üçün yaşadı, yaratdı. Geridə qalan bir respublikanı ittifaqın ən qabaqcıl regionları sırasına çıxaranda, ölkəni vətəndaş müharibəsindən, qardaş qanı tökülməsindən qurtaranda, tarixdə misli olmayan neft kontraktına, böyük layihələrə imza atanda, beynəlxalq tribunalardan ölkəmizin haqq səsini dünyaya yayıb erməni təcavüzkarlarını ifşa edəndə, məhz dövlətimizin suverenliyini, torpaqlarımızın azadlığını, xalqımızın xoşbəxtliyini gələcək inkişafını düşünürdü.

Heydər Əliyev Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında tarixi dönüş yaradan, bu günümüz, inkişafımız üçün bünövrə qoyan yüksəlişimizə nail olmağın yollarını öz ideyaları ilə əsaslandırıb təqdim edən bir rəhbər idi. O, həm dünya azərbaycanlılarının birliyini, həmrəyliyini xoşbəxt gələcəyimizin uğuru kimi dəyərləndirən bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirən əsl azərbaycanlı, sədaqətli, vətənpərvər vətəndaş idi.       

İlham Əliyev kimi uzaqgörən, cəsarətli, milli xüsusiyyətlərə, bəşəri dəyərlərə sahib olan bir oğul, övlad tərbiyə etməsi layiqli vətəndaş kimi formalaşdırması Azərbaycan xalqının, torpaqlarımızın xilaskarı kimi yetişdirməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. O, özü kimi inandığı gələcəyinə böyük ümidlər bəslədiyi bir oğulu Azərbaycana, xalqa bəxş etdi İlham Əliyevin böyük siyasətinin, qalib gələn əməllərinin bəhrəsində özünün müdrikliyini, ölməzliyini bir daha sübuta  yetirdi.

Cənab İlham Əliyev atasının - Ulu Öndərimizin ümidlərini şərəflə doğrultdu, inamını həqiqətə çevirdi, arzularını çiçəkləndirdi, vəsiyyətlərini ölməz amala çevirib həyata keçirdi. O, xalqına Prezident, ordusuna Ali Baş Komandan, torpağına, vətəninə vətəndaş kimi şöhrət bəxş etdi, qürur gətirdi.

Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 20 ildə Azərbaycanın heç vaxt unudulmayan qəhrəmanlıq inkişaf tarixini yazdı. Hər biri əsrə bərabər olan bu illərin mayası xalqa, vətənə, torpağa məhəbbət, bəşər övladına, insanlığa, milli-mənəvi dəyərlərə hörmət, bəşəri ideyalara sədaqətlə yoğrulduğu üçün həm qələbələrimizin memarının - cənab İlham Əliyevin, həm ona dəstək verənlərin, rəğbət bəsləyənlərin, etimad göstərənlərin - xalqımızın başını ucaltdı, adını şöhrətləndirdi, uğurlarını möhkəmləndirdi.   

Son 20 il Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni həyatında inkişaf dövrü kimi xarakterikdir. 2023-cü ildə 1 milyard 220,9 milyon büdcə gəlirləri olan ölkəmiz indi 40 milyard manata yaxın büdcə gəlirinə malikdir. 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib olan dövlətimizin valyuta ehtiyatları 37 dəfə artmış, 67 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Bu illər ərzində orta aylıq əməkhaqqı 77,4 manatdan 900 manata yüksəlmiş, əməkhaqları, pensiyalar, sosial müavinət təqaüdlər üzrə ödənişlər dəfələrlə artmışdır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı sağlamlığı təhlükəsizliyi dayanır" fikirlərini əməli fəaliyyətə, işə çevirən cənab İlham Əliyev bir an belə, xalqının qayğılarını unutmamış bunu ölkənin, regionların sosial - iqtisadi inkişafı, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərinin çəkilməsi, mühüm nəqliyyat infrastrukturunun yaradılması ilə sübut etmişdir.

Ötən 20 ildə 3 min 200-dən çox məktəb binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi əsaslı təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin yüzlərlə müxtəlif idman qurğularının inşası, 21 min kilometrə yaxın yolun çəkilməsi, körpülərin salınması, 2 milyondan artıq yeni yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin 5 faizə düşməsi insanlara göstərilən qayğının, sosial siyasətin uğurlarıdır. Şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən çox mənzilin evin verilməsi bu qayğının bir nümunəsidir. Bu nümunələr saysız- hesabsızdır.    Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, haqq-ədalət mübarizəsinin dəstəklənməsi, BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında dövlətimizin nüfuz etimada malik olması, ölkəmizin çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi dövlətimizin rəhbərinə bəslənən hörmət etimadın ifadəsidir. Cənab İlham Əliyev öz əməlləri amalları ilə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin  xoşbəxtliyi, gələcəyi, insanların rifahı üçün mübarizə apardığını sübut etmiş dünya xalqları tərəfindən bir humanist, vətənpərvər, uzaqgörən siyasətçi, dövlət rəhbəri kimi qəbul edilmişdir.

Dövlət rəhbərimizin vətən, xalq, tarix qarşısında ən böyük xidməti isə Azərbaycanın suverenliyinin təmin olunması, ərazilərimizin azğın düşməndən təmizlənməsi, Qarabağda separatizmin kökünün kəsilməsi, şəhidlərimizin ruhunun sevindirilməsidir. 44 günlük müharibədə qazanılan qələbə 24 saatlıq antiterror tədbirlərində erməni təcavüzkarlarının məhvi İlham Əliyev siyasətinin, qətiyyətinin, hərbi bacarığının, vətəndaşlıq qayəsinin elə yüksək zirvəsidir ki, o zirvədən Azərbaycan hər an müstəqil, azad qalib görünür.    Cənab İlham Əliyevin fəaliyyəti sayəsində ölkədə yaradılan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, siyasi partiyalara vətəndaş cəmiyyətinə göstərilən qayğı diqqət uğurlarımızın əsasıdır. Milli təhlükəsizliyimizin təmin olunmasında da bu amillər başlıca rol oynamışdır. Cənab İlham Əliyev milli təhlükəsizlik sistemini yeni dövrün tələbləri əsasında qurmağı, təkmilləşdirməyi ölkəmizə qarşı yönələn  qəsdlərin, çağırışların qarşısını vaxtında almağı bacardı.

Əlbəttə, bütün bunlar ölkə iqtisadiyyatının sürətli inkişafına, ordu quruculuğuna, insanların rifahının yaxşılaşdırılmasına, çox mühüm beynəlxalq əhəmiyyətli layihələrin, dövlət proqramlarının həyata keçirilməsinə zəmin yaratdı. 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktına imza atması bu ilin 19 sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasətinin, cəsarətinin, ordumuzun gücünün, məharətinin, xalqımızın birliyinin nümayişi olmaqla bərabər, həm iqtisadiyyatımızın davamlılığının  ictimai - siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi idi.   

Bu gün işğaldan azad olunan ərazilərdə infrastrukturun yaradılması, yeni yaşayış binalarının, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının tikintisi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi həmin tədbirlərə 7 milyarddan çox vəsaitin ayrılması göstərir ki, Azərbaycan Prezidentinin hazırladığı istiqamətləndirdiyi strateji-iqtisadi xətt önəmlidir davamlıdır.   

İqtisadiyyatı güclü olmayan dövlətin müharibədə qalibiyyəti, ictimai həyatda uğurları, beynəlxalq aləmdə söz sahibi olması mümkünsüzdür. Cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə məhz Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə, çox mühüm qaz-neft, nəqliyyat layihələrinə imza atıb, onu iqtisadi yüksəlişə yönəltməklə tarixi uğurlara nail oldu.

Prezidentimiz özü bu barədə deyir: "Biz sosial, iqtisadi siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir".  Prezident sosial-iqtisadi, mədəni tədbirləri həyata keçirəndə, milli-mənəvi, əxlaqi dəyərləri önə çəkəndə, humanist gedişlərini planlaşdıranda hörmətli Mehriban xanım Əliyeva ilə birlikdədi, həmrəydir.

Cənab İlham Əliyevin uğurlarında, qələbələrində ictimai-siyasi xadim, humanist vətənpərvər insan, həm mehriban ana, sədaqətli həyat yoldaşı kimi Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. O, Azərbaycan qadınının həqiqət, ədalət, dəyanət, xeyirxahlıq simvolu, milli dəyərlər təbliğinin fədaisi olmaqla bərabər, öz çoxsahəli, səmərəli fəaliyyəti ilə dünyaya nümunə olan bir siyasətçi, dövlət xadimidir. Mehriban xanımın baxışlarındakı mərhəmət, qayğı, vətənpərvərlik  insanlarda ona rəğbət yaradır. O, haqsızlığa, ədalətsizliyə qarşıdır. Mehriban xanım xalqına, torpağına məhəbbətindən güc alır ali məqsədlərə xidmət edir.

Tarixin dərsləri həqiqətləri onu dərk edənlər, öyrənənlər, qiymətləndirənlər, həm gələcək nəsillər üçün çox vacibdir. Ulu Öndərimizin xatırlatdığı kimi, "tarix həmişə hər şeyi öz yerinə qoyur". Bəli, bu gün tarix təkrar olunur. Ümummilli Liderimiz tərəfindən əsası qoyulan Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğu, sosial həyat cənab İlham Əliyevin təşkilatçılığı rəhbərliyi sayəsində yenidən qurulur, inkişaf etdirilir. Azərbaycan dünyaya inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır sürətli inkişafı, humanist, sülhsevər çağırışları, tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sadiqliyi ilə  bəşəriyyətin rəğbətini qazanır.    Erməni təcavüzkarları üzərində tarixi qələbə, ermənipərəst dövlətlərə qarşı cəsarətli mövqe, beynəlxalq normalara, dövlətlərin suverenliyinə ərazi bütövlüyünə hörmət, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına göstərilən cəhdlər, haqqın, ədalətin, demokratiyanın, insan azadlığının qorunması üçün göstərilən səylər cənab İlham Əliyevə dünya siyasətçiləri, dövlət rəhbərləri arasında böyük rəğbət qazandırmış, ona olan inamı etimadı qat - qat artırmışdır.

20 il dövlətə xalqa sədaqətlə xidmət etmək, insanların böyük hörmətini qazanmaq, dünyanın sülhsevər vətəndaşlarının sevimlisinə çevrilmək rəhbər üçün böyük şərəf dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti dəyəri öz fəaliyyəti, xalqına insanlara xidməti ilə qazanmışdır. 20 illik bir yolun başlanğıcı çox çətin olsa da, dayanacağı uğurlu, keçiləcək məsafələri işıqlı inamlıdır. Cənab İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O, bu yolda həmişə xalqı ilə, dünyanın dəyərli insanları ilə bir olub, Vətəninin mənafeyini qoruyub, xalqına sədaqətlə xidmət etməkdən, torpaqlarını qorumaqdan, Azərbaycanı ucaltmaqdan şöhrətləndirməkdən şərəf duyub, yeni uğurlara, zəfərlərə yollar açıb.

Cənab İlham Əliyevin əməllərinin, amallarının şahidi zaman insan, adını, şöhrətini əbədiləşdirən, unudulmaz edənsə tarixdir. Tarix Prezidentimizin adını öz səhifəsinə silinməz hərflərlə yazıb zaman bundan sonra da onun yeni uğurlarının şahidi olacaqdır.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.7.