Xalq Prezidentinə güvənir

 

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun sabitliyin tərəfində olduğunu nümayiş etdirdi ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli milli maraqlara söykənən daxili xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm", - qiymətini alan dövlət başçısı İlham Əliyev Azərbaycanın bugünkü gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə mövcud imkanların, həmçinin təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Prezident İlham Əliyevin hakimiyyətinin 20 ilinin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə diqqət yetirsək görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Məhz, bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsini başladı dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Döyüşlər, sadəcə, səngərdə diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı. İnformasiya məkanında da ən ali vəzifəni öz üzərinə götürən cənab Prezident 26 xarici KİV-ə müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi digər amilləri dünyaya bəyan etdi, ölkəmizin haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı sual doğuran məsələlərə aydınlıq gətirərək, reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən hərbi postlardan çıxması tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, paralel şəkildə bütün silah-sursat ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri Azərbaycan xalqı sübut etdilər ki, şəhidlərimizin qisası alındı.

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün Azərbaycan, məhz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı qüvvəsi kimi çıxış etdi. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" "Günəşli" yataqlarının birgə işlənməsi neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

Bu gün Azərbaycan dünyanı həm azad edilmiş ərazilərdə sürətli bərpa yenidənqurma işlərilə heyrətləndirir. Yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyən edildi bununla da regionun yeni iqtisadi siyasi reallığı rəsmiləşdirildi. Fərmana əsasən, ölkəmizdə yaradılmış 14 yeni iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı təmin edir. Ölkəmizin şəhər rayonlarının davamlı tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

 

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.12.