Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 

 

Qərbi Azərbaycan İcmasının təbriki

 

 

 

Möhtərəm cənab Prezident!

Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri öz həqiqi təsdiqini tapmışdır. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə ərazi bütövlüyünə qovuşmuş, dünya birliyində öz layiqli yerinə ucalmışdır.

Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri zati-alinizin gərgin zəhmətinin titanik əməyinin bəhrəsi olmuşdur. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə nəhayət, qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarmışdır.

Son illərə qədər bir milyondan artıq qaçqın məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilmiş ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırmışdır. Bunun nəticəsində yüz minlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşmışdır.

Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilmiş Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılmışdır.

Möhtərəm cənab Prezident!

Zati-aliniz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamışdır. Siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.

Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaqdır. Zati-alinizin Müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğu prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyiniz görüş məsələnin önəmindən xəbər verir.

Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına onların öz doğma torpaqlarına qayıtmasına möhkəm birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.

Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, Qalib Sərkərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur fəxarət duyuruq.

Dərin hörmətlə,

 

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov,

Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov,

Nəzarət-Təftiş Komissiyasının sədri, professor

Vahid Novruzov,

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov,

Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı,

Ziyalılar Şurasının sədri, professor

Elxan Hüseynov,

Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı

Ramin Məmmədov,

Qəyyumlar Şurasının sədri

Mürvət Həsənli

 

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.6.