Dövlət başçısının Zəfər nitqi Qafqazın gələcək birgəyaşayış direktivi idi

 

"Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağını ucaltması Azərbaycanın müstəqilliyini möhkəmləndirmək kimi ciddi proseslərlə müqayisə oluna biləcək tarixi hadisədir. Çünki cümhuriyyət dövründə, 1991-ci ildən sonra Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğalanıb".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı 1987-ci ildən bəri heç bir Azərbaycan rəhbəri Xankəndiyə getməyib: "Daha doğrusu, Vəzirov Mütəllibov Xankəndiyə getməyə özlərində cəsarət tapmayıb. AXC-Müsavat iqtidarı isə nəinki Xankəndiyə, ümumiyyətlə, Xırdalandan o yana keçə bilmirdilər. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi Milli Məclisin iclasında ilk çıxışında müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, müharibənin qurtarmasını sülhün yaranmasını dövlətin qarşısında ilk vəzifə kimi müəyyən etdi.

B.Məhərrəmov qeyd edib ki, məhz bu məqsədlər naminə Ulu Öndərin rəhbərliyi altında genişmiqyaslı tədbirlərə start verildi, ordu quruculuğu, yeni neft strategiyası, hüquqi islahatlar, vətəndaş cəmiyyətinin formalaşdırılması kimi mühüm işlər həyata keçirilməyə başlanıldı. 1994-cü ildə cəbhə xəttində dönüşə nail olundu, Ulu Öndərin Ali Baş Komandanlığı altında ordumuz Füzuli Cəbrayılın bir sıra strateji yüksəkliyini, kəndini, o cümlədən Horadiz qəsəbəsini azad etdi. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, beynəlxalq münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addımlar atıldı. Lakin səhhəti imkan vermədiyi üçün dahi liderin dediyi kimi, nəticəsini öncədən gördüyü, amma tamamlaya bilmədiyi yarımçıq işləri özü qədər güvəndiyi, ən yaxın silahdaşı cənab İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyevin ötən 20 illik siyasi hakimiyyətinin fəaliyyət xronologiyasına diqqət etsək, onun hər bir addımının, hər bir qərarının bizi Ulu Öndərin suverenliyi, ərazi bütövlüyü təmin olunmuş qalib Azərbaycan idealına yaxınlaşdırdığının şahidi olarıq.

Deputat vurğulayıb ki, bu illər ərzində həyata keçirilən titanik fəaliyyət, Azərbaycan tarixinin ən güclü ordusunun 1200 addan çox istehsal qabiliyyətli müdafiə sənayesinin formalaşdırılması, siyasi müstəqilliyin güclənməsi, dinamik iqtisadi inkişafa nail olunması, qlobal müstəvidə haqq işimiz naminə hüquqi bazisin formalaşdırılması fonunda dövlət başçımızın güclü lider məharətinə şahidlik edirik.  "Nəhayət, Vətən müharibəsində düşmən tərəfindən 30 il möhkəmləndirilən, keçilməz  istehkamların, siyasi maneələrin dəf edilərək 44 günə yeni reallığın yaradılmasını gördük. Ardınca isə cəmi 23 saata separatizm yuvasının darmadağın edilməsi tamamilə yeni bir mənzərə meydana çıxartdı. Xankəndidə dövlət bayrağımızın dalğalanması isə artıq proseslərin məntiqi sonu oldu. Beləliklə, Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla cənab İlham Əliyev 20 il öncə andiçmə mərasimində verdiyi vədi yerinə yetirdi, qarşıya qoyduğu vəzifələrin icrasını başa çatdırdı".

Deputat bildirib ki, oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağımızı ucaltmaqla Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan əvvəlkidir, ki geosiyasi situasiya.

Hələ Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi Ulu Öndər 2 iyul 1993-cü il tarixli ilk bəyanatında dünyaya müraciət etmişdi. Dünya dövlətləri rəhbərlərini, BMT, ATƏM digər nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın davam edən daha da şiddətlənən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq məqsədilə təcili, təsirli qəti tədbirlər görməyə çağırmışdı. Möhtərəm Prezidentin Xankəndidən bəyan etdiyi kimi, hesab edirdik ki, bu məsələ sülh yolu ilə həll oluna bilər.

B.Məhərrəmovun sözlərinə görə, son üç ilə qədər beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində təsbit etsə belə, rəsmi bəyanatlarda Ermənistanı işğalçı adlandıran subyektlər yox səviyyəsində olub: "Əksinə, beynəlxalq hüququn iri subyektləri, başda ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının üzvü olan həmsədrləri belə Azərbaycanı işğal təcavüz status-kvosu ilə barışmağa, münaqişəni dondurmağa tədricən Bakını ərazi itkisinə razı salmağa çalışırdılar. Ermənistan da uca səslə danışa bilirdi, çünki qarşısında məğlub Azərbaycan var idi. Üstəlik, hərbi nöqteyi-nəzərdən Azərbaycanla təmas xəttində bütün strateji yüksəkliklər Ermənistan ordusunun nəzarətində idi. Həmçinin 30 il Fransanın digər dövlətlərin davamlı maliyyə dəstəyi ilə Ermənistan keçilməz müdafiə sədləri formalaşdırmışdı".

Prezident İlham Əliyevin təmkinlə, yalnız özünə xalqına güvənərək vəziyyəti kökündən dəyişdiyini vurğulayan deputat bildirib ki, bu gün artıq Ermənistanla şərti sərhədlərdə Azərbaycan istisnasız bütün strateji yüksəkliklərə nəzarət edir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş ruhu maddi-texniki təchizatı, habelə arsenalı Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür. Ermənistan havadarlarının 100 ildən artıqdır ki, əsas rıçağı hesab edilən separatizmin kökü cənab İlham Əliyev tərəfindən kəsilib. Ərazi bütövlüyümüz suverenliyimiz, konstitusiya quruluşumuz artıq bütün ölkə ərazisində tam bərpa olunub. Xankəndidə möhtərəm Prezidentin Zəfər nitqi, əslində, qələbə Qafqazın gələcək birgəyaşayış direktivi idi. Bu direktivlə cənab İlham Əliyev bütün dünyaya bəyan etdi ki, bölgənin reallığını biz diktə edirik. Hər hansı ikinci bir subyekt ya güc mərkəzi yeni şərtlər, yeni reallıqlar barədə danışırsa, bunlar kimin səsləndirməsindən asılı olmayaraq cəfəngiyyatdır.

B.Məhərrəmov qeyd edib ki, bu mənada Azərbaycan Prezidentinin Qarabağa son səfəri qazanılmış şanlı qələbənin triumfu idi. Elə bir triumf ki, hər kəs bu zəfəri layiq olduğu yerdən izləyir-separatçı canilər Bakıda təcridxanadan, Ermənistanın indiki keçmiş hərbi-siyasi rəhbərliyi qorxaqcasına öz mənzillərindən, Fransa kimi riyakar beynəlxalq oyunçu isə daha uzaqdan. Azərbaycan xalqı isə, nəhayət, 200 il sonra, cənab İlham Əliyevin sayəsində özünün layiq olduğu qaliblər kürsüsündən.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.7.