Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar yürüş keçirilib

 

 

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin 17 oktyabr 2020-ci il tarixində raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar Gəncədə yürüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş şəhərin “ASAN xidmətmərkəzinin önündən Qələbə parkına qədər davam edib. Yürüşdə gənclər təşkilatlarının üzvləri, şəhər ictimaiyyəti sakinlər iştirak ediblər.

Qələbə parkında təşkil olunan tədbirdəki çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən mühribəsindəki şanlı Zəfərindən danışılıb, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandığı qürurla vurğulanıb. Qeyd olunub ki, Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkinən düşmən qisasını dinc azərbaycanlılardan çıxmağa çalışıb. Belə hücumlardan biri 2020-ci il oktyabrın 17-də olub. Erməni silahlı birləşmələrinin Gəncə şəhərini təxminən yerli vaxtla gecə saat 1 radələrindəSkatballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb.

Ümumiyyətlə, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Çıxışlardan sonra əraziyə gül dəstələri düzülüb.

 

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.9.