İlham Əliyev dediyini etdi, miatsum ideyamız iflasa uğradı

 

Azərbaycan Prezidentinin Xankəndidən verdiyi bəyanat Hayastanda təşvişi daha da artırıb

 

Hayastanı qorxuya salan növbəti məqam Prezident İlham Əliyevin Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə səfərləri, həmin şəhərlərdə Azərbaycan bayrağını ucaltması olub. Azərbaycan Prezidentinin Xankəndidə Hayastana verdiyi kifayət qədər açıq mesajlar məğlub ölkədə ajiotaja səbəb olub, böyük şok xof yaradıb.

Xəbər portallarının rusdilli versiyasında yayılan materiallardan hissə-hissə açıqlamaların, videoçarxların təqdim olunaraq müzakirəyə çıxarılması məğlub ölkədə ictimai çaşqınlığın artıq xaosa çevrildiyini göstərir.

Sosial mediada paylaşılan statuslardan yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq. Siyasi ekspert Artavaz Melkonyan feysbuk sosial şəbəkəsində maraqlı paylaşımı ilə diqqət çəkib: "İlham Əliyevin Xankəndiyə səfərini, verdiyi mesajları internetdən izlədim. Bir daha əmin oldum ki, biz biabırcasına uduzmuşuq. Haradadır yekəxanalıq edən "rəhbərlərimiz"? Bakıda həbsdədirlər. İlham Əliyev dediyini etdi, artıq "miatsum" ideyamız iflasa uğradı. O, həmişə olduğu kimi, bu dəfə Xankəndidən verdiyi mesajlara yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Əliyev növbəti dəfə Xankəndidən bəyan etdi göstərdi ki, Qarabağ Azərbaycandır. Bizim rəhbərlər isə bu sahədə lazımlı biliklərə malik deyil  yarımçıq cavabları ilə özlərini gülməli vəziyyətə salırlar. Amma reallıq birdir: qələbə artıq Əliyevindir".

Xankəndi şəhərində qalan Mişa adlı erməni sakin isə maraqlı fikirləri ilə diqqət çəkib. O, 63 yaşında olduğunu Xankəndidə doğulduğunu deyib: "Artıq bir həftədir, burada hamı məni tanıyır, hörmət edir, yemək verir. Hətta dünən general mənə maşın verdi, gedib Ballıcada kəndimə, heyvanlarıma baş çəkdim, qəbiristanlığımızda oldum. Buradakı ermənilərin çoxu qaçdı. Ermənilər deyirdilər ki, bu torpaqlar bizimdir. Əgər torpaq sənindirsə, niyə qaçırdın? Utanıram ki, ermənilər qorxaqcasına qaçdılar. Onlar şəhərdəki bəzi mağazaları, dükanları, hətta azərbaycanlılara məxsus qəbirləri dağıtdılar".

Prezident İlham Əliyevin Xankəndidəki çıxışını izləyən, profilinə baxdıqda isə restoranlar şəbəkəsinin sahibi  olduğu bilinən Ovasan Naumyan feysbuk səhifəsində yazır ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Biznes fəaliyyəti ilə məşğul olduğumu İrəvanda bilməyən yoxdur. 30 ildir dediklərim yekunda təsdiqini tapır. Qarabağ Azərbaycanındır. Bunu həmişə demişəm indi təsdiqləndi ki, haqlıyam. Qarabağ problemi bizi 30 il geri saldı. Ermənilər Xankəndini tərk etdilər. Əslində, orada qalsaydılar, İlham Əliyev onlara yaşamaq üçün daha yaxşı şərait yaradacaqdı. var İrəvanda?"

Levon İşxanyan adlı istifadəçi teleqram kanallarından birində Azərbaycan Prezidentinin Xankəndidən paylaşılan videolarına yazdığı rəylə diqqət çəkib: "Ermənistan dağılır, Azərbaycanın qarşısında hər gün daha çox məğlub duruma düşür. Maraqlıdır, bizim media orqanları niyə susur? İlham Əliyevin Xankəndiyə  səfəri, verdiyi mesajlar bir erməni kimi məni çox üzdü. Heyif, hər il yay aylarında İrəvandan Xankəndiyə  istirahətə gedirdik. Paşinyan isə öz kefindədir".

"X" sosial şəbəkəsində rəy bildirən Simon Qriqoryan adlı istifadəçi isə yazır: "Babam deyirdi ki, türklərlə (red.azərbaycanlılar) çox yaxşı münasibətlərimiz olub. Bu gün uşaqlarım niyə acından ölməlidir? Ailəmiz adından deyirəm ki, Azərbaycan vətəndaşı olmağa razıyıq. Qarabağda ağır məğlubiyyətə uğradıq. Gəlmişik İrəvana. Çətin durumdayıq. İndi yeməyə çörək tapmırıq, axı niyə zülmə məruz qalırıq?"

Beləliklə, indi seçim Qarabağın erməni əhalisindədir. Ya Azərbaycan vətəndaşlığı alıb  Qarabağa qayıtmalı, ya da ki, istədikləri yerdə yaşamalıdırlar.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.11.