Utanc ünvanı

 

Avropa Parlamentinin ikiüzlülüyü, səlibçi hücumu Qərbin adına ləkədir

 

Vətən müharibəsindən sonra Qərbdə, xüsusən Avropa Parlamentində Azərbaycana qarşı qarayaxma kampaniyalarının genişləndiyinin, qərəzli, ədalətsiz mövqenin formalaşdırılmasına cəhdlərin şahidiyik.

İkili standartlar, xristian təəssübkeşliyi, səlibçi psixologiyası ilə yanaşma bu təşkilatın siyasətinə çevrilib. Elə üç il ərzində Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli qətnamələrin qəbulu üçün dəridən-qabıqdan çıxması bunun təsdiqidir. 

Bu təşkilat hər vəchlə daim ölkəmiz əleyhinə ədalətsiz sənəd qəbul etməyə çalışıb. Sonuncu dəfə oktyabrın 5-də qəbul etdiyi yalan, iftira dolu kağız parçası bunu bir daha göstərdi.

Əvvəla onu deyək ki, bu təşkilat Ermənistanın azərbaycanlılara qarşı bütün dövrlərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti yürüdərkən qətlə yetirilən, hüquqları pozulan soydaşlarımızla bağlı hər hansı bir qərar qəbul etmədiyi təqdirdə, indi "ədalət" axtarışına başlayıb. Erməni yalanlarını bayrağına çevirərək Azərbaycana qarşı aparılan çirkin kampaniya demək olar ki, mütəmadi davam etdirilir.

Oktyabrın 17-də bu təşkilatda təcavüzkar Ermənistanın "sülh donu" geyinmiş baş naziri Nikol Paşinyanın "təmtəraqla" qarşılanması isə bir daha Avropa Parlamentinin hansı məqsədlərə xidmət etdiyini göstərir. Paşinyanın sərsəm iddiaları isə bu ölkənin hələ sülhə hazır olmadığını göstərdi. Belə ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, antiterror tədbirlərində separatçıların Qarabağdan təmizlənməsinə heç bir etiraz etməyən, Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Paşinyan, Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin "etnik təmizləməsi"ndə ittiham etməsi ikiüzlülükdən başqa bir şey deyil. Bu, həm regiona səfər edən, eləcə Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Bu azmış kimi, Paşinyan Azərbaycan Türkiyəni blokadaya alınmalarına görə ittiham edib. Hər kəsə bəllidir ki, Ermənistan hərbi təcavüz ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunub. İndi yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılmaması səbəbi Ermənistanla bağlıdır. Bu ölkə üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyi üçün dəhlizin reallaşması müşkülə çevrilib. Yəni bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. Çünki artıq İran ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil dəmir yollarının tikintisi haqqında saziş imzalanıb. Bu da onu göstərir ki, Ermənistan yenə regional layihədən kənarda qalacaq.

Xarici İşər Nazirliyinin açıqlamasında deyildiyi kimi, Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.

Nikol Paşinyanın Avropa Parlamentindəki iftira dolu çıxışını Rusiya Federasiyası da qınayıb. Sülh danışıqlarında əsas vasitəçi olan Rusiya Ermənistanın baş nazirinin çıxışını məsuliyyətsizlik təxribatçılıq kimi qiymətləndirib.

Biz bu yalanları, iftiraları, uydurmaları çox eşitmişik. Məsələ ondadır ki, özünü "sülhsevər", "demokratik", beynəlxalq hüquqa "hörmət edən" ölkə kimi təqdim edən Ermənistanın boş cəfəngiyyatını Avropa Parlamenti "bəh-bəhlə" qarşılayır.  Artıq bu da bizim üçün təəccüblü görünmür. Çünki  bu təşkilatın hansı oyunlar oynadığı bütün dünyaya bəllidir. Elə bunun üçün bir-iki faktı göstərmək yetərlidir.

Bu təşkilat daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət korrupsiya ittihamları ilə üzləşib. Bir müddət əvvəl Avropa Parlamentində baş verən korrupsiya olayı həmin olayın bir ucunun ermənilərə bağlı olması faktı bu qurumu sözün əsl mənasında, silkələdi. Belçika polisinin Brüsseldə axtarışlar aparması Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili daxil olmaqla dörd nəfəri həbs etməsi bu qurumun qədər korrupsiya çirkabına bulaşdığını kifayət qədər isbatlayıb.  Belçika prokurorluğunun rəsmi bəyanatında da bildirib ki, istintaqda olan müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi ya strateji mövqeyə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə ya əhəmiyyətli hədiyyələr verməkdə şübhəli biliniblər. İstintaq bu gün davam edir ehtimallar var ki, həbslərin sayı arta da bilər. Yəni istisna deyil ki, bu ənənələr Avropa Parlamentində hələ davam etdirilir. Əlbəttə ki, bütün bunlar Avropanın adına ləkə gətirən hadisələrdir. Təşkilat bununla özünü hörmətdən salmış, ədalətə, həqiqətə arxa çevirmiş olur.

Bəs, Avropa Parlamenti əslində Azərbaycandan nə istəyir?!

Təbii ki, bu gün Azərbaycan zəngin enerji resursları, müstəqil siyasəti, artan nüfuzu, hərbi gücü ilə dünyanın diqqət mərkəzindədir. Ona görə də ölkəmizin Avropanın müəyyən dairələrindən asılı vəziyyətdə olması hansısa qüvvələrin məkrli planının tərkib hissəsidir. Bu səbəbdən də həmin dairələrdən biri olan Avropa Parlamenti bu gün Azərbaycanda vətəndaş qarşıdurmasının olmasını, tez-tez hakimiyyətin dəyişməsini, asılı, vassal vəziyyətinə düşməsini "arzulayır". Bu qərəzli yanaşma isə Azərbaycana qarşı səlib yürüşünün davamı kimi qiymətləndirilməlidir. Əminliklə deyə bilərik ki, müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc ünvanıdır. Bu ədalətsizlik, ikiüzlülük təşkilatın tarixində ən qara səhifələrdən biri kimi qalacaq.

Azərbaycanın bu qurumun qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, bu təşkilat Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun.

Prezident İlham Əliyevin dediyi kimi, kimsə artıq Azərbaycanla hədə-qorxu, təhdid dili ilə danışa bilməz. Avropa Parlamentinin də hansısa "qətnaməsi", "qərarı" ilə Azərbaycana təsir göstərməsi qeyri-mümkündür. Çünki Azərbaycan güclü ölkədir və hər zaman ədalətlidir. Ədalət isə daim zəfər çalır. 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.15.