Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

 

Oktyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında qardaşlıq müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Baş nazir cari ilin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə hər iki ölkə üçün xüsusilə əlamətdar olduğunu bildirib.

Türkiyə Ali Məhkəməsi sədrinin Şuşada keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis yığıncağında iştirakının önəmi xüsusi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri müasir mərhələdə hər iki ölkənin liderləriİlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hərtərəfli inkişaf edərək strateji tərəfdaşlığın müttəfiqliyin ən yüksək zirvəsinə çatıb.

Tərəflər Türkiyə Prezidentinin ötən ay Naxçıvan Muxtar Respublikasına səfərinin qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə daha da sürətli inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər. Bu baxımdan dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirakı, eyni zamanda, iki ölkə arasında imzalanmış Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların effektiv icrasını mühüm faktor kimi dəyərləndirən Ə.Əsədov cari ilin 9 ayında ticarət dövriyyəsinin 42 faiz artaraq rekord məbləğə çatmasının sevindirici hal olduğunu deyib.

Azərbaycan ilə Türkiyənin məhkəmə-hüquq sistemləri arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin, mütəmadi qaydada təcrübə müdabiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağı diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, nəqliyyat-tranzit bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.