Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ailə sosial xidmətlər naziri ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər ƏliyevinBir millət, iki dövlətkəlamına uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçılarının siyasi iradəsi qətiyyəti sayəsində bu əlaqələrin özünün ən yüksək zirvəsinə çatdığı, Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi üzrə yeni hədəfləri müəyyən etdiyi vurğulanıb. Bu çərçivədə dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycan Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin əhəmiyyətini, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Sahibə Qafarova Azərbaycan Türkiyənin müvafiq dövlət qurumlarının ailə uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətinin təcrübə mübadiləsinin əhəmiyyətini ifadə edib. O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlığın bu sahədə işbirliyinə töhfə verə biləcəyini diqqətə çatdırıb.

Görüşdə qardaş ölkə parlamentləri arasında əlaqələrə toxunularaq, geniş uğurlu əlaqələrin mövcud olduğu, ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əsasda beynəlxalq parlament təşkilatları çərçivəsində geniş uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Milli Məclisin sədriAzərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqındaSazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində əks etdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Türkiyənin ailə sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz xalqlarımız arasında dostluq qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə , çətin gündə bir yerdə olduğumuzu diqqətə çatdırıb. Mahinur Özdemir Göktaş Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Nazir, həmçinin rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan danışıb.

 

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.