Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələri müzakirə edib

 

Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın son hərbi-siyasi təxribatlarından irəli gələn təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən amillər aparılan tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər, həmçinin qarşılqlı maraq kəsb edən digər regional beynəlxalq məsələləri müzakirə edib.

 

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.7.