TBMM-in nümayəndə heyəti Milli Məclisdə olub

 

 

Oktyabrın 18-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla danışan Fərid Hacıyev bu münasibətlərin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlətprinsipinə uyğun olaraq inkişaf etdiyini qeyd edib.

Fərid Hacıyev Türkiyənin Azərbaycana daim dəstək verdiyini vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, bu ilin sentyabrında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etdiyini bildirib.

Aparat rəhbəri parlament aparatları arasında əlaqələrin inkişafının parlamentlər arasında daha sıx əməkdaşlığın qurulmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. Qonaq bildirib ki, Türkiyə Azərbaycan ortaq dəyərlərə malik, eyni keçmişi eyni gələcəyi paylaşan ölkələrdir. O, Azərbaycanın öz ərazi bütövlüyünü suverenliyini bərpa etməsinin sevincini yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

XXX

 

Oktyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qrupun üzvləri Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

 

 

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.8.