Füzuliyə həyat qayıdır

 

Tezliklə bu rayon da Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək

 

Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ilində Prezident İlham Əliyev bayram gününü füzulililərlə qeyd etdi. Füzuli Şəhəri Günündə dövlət başçısı şəhərdə bir sıra təməlqoyma mərasimlərində iştirak edərək sakinlərlə görüşdü.

İlham Əliyev füzulililərlə söhbətində quruculuq işləri ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, rayon indi tamamilə yenidən qurulur. "Bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır".

Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insanın Füzuli rayonunda yaşayacağını vurğulayan dövlət başçısı bildirdi ki, bütövlükdə Qarabağ Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Prezident İlham Əliyev bunun minimal göstərici olduğunu bundan daha böyük sayda insanların rayonda məskunlaşacağına əminliyini ifadə etdi: "Böyük qayıdış proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər".

Azərbaycan işğaldan azad olunmuş rayonları yalnız öz hesabına yenidən qurur, dirçəldir. Vətən müharibəsində qalib ölkəyə çevrilən Azərbaycan Qarabağ Şərqi Zəngəzuru sürətlə cənnətməkana çevirir. Prezident İlham Əliyevin vaxtında həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, artıq üç minə yaxın şəxs əzəli torpaqlarına qayıdıb.

Füzulinin bərpa edildiyini yenidən qurulduğunu qeyd edən Milli Məclisin deputatı Vüqar Bayramov  "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin oktyabrın 17-də füzulililərlə görüşdə qeyd etdiyi kimi, Füzuli işğaldan azad edilən zaman bayraq asmaq üçün sağlam bir bina tapılmayıb. Amma bu gün sakinləri Füzuliyə qayıdır. Bu, qürurverici mənzərədir.

Füzulidə vətəndaşlarımızın artıq məskunlaşdığını bildirən V.Bayramov deyib ki, ilin sonuna qədər şəhərdə yaşayacaq sakinlərin sayı iki minə qədər artacaq: "Beləliklə, növbəti aylarda da Füzuli şəhərinə köç müşahidə edəcəyik. 2026-cı ildə Füzuli rayonunda məskunlaşan sakinlərin sayı isə 22 min nəfər olacaq. Füzuli şəhəri ilə yanaşı, digər kəndlər - Dövlətyarlı, Dədəli, Pirəhmədli, Qoçəhmədli digər kəndlərdə məskunlaşma olacaq".

Prezident İlham Əliyevin Füzuli şəhərində bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini xatırladan deputat bildirib ki, bu, yalnız şəhərdə deyil, kəndlərdə məskunlaşma həyata keçirilməsinə imkan verəcək. Füzulidə iqtisadiyyat da formalaşıb. Yalnız dövlət tərəfindən deyil, özəl sektorda da investisiyaların cəlb edilməsi ilə yeni yerlərinin açılması müşahidə edilir. Füzuli bərpa yenidənqurma mərhələsi ilə yanaşı, məskunlaşma, iqtisadiyyatın formalaşması  reinteqrasiyası mərhələsinə daxil olub.

Füzuli rayonunun böyük iqtisadi potensiala malik olduğunu qeyd edən V.Bayramov deyib ki, burada yalnız aqrar sahədə deyil, həm sənaye, turizm, xidmət sektorunda böyük üstünlüklər var. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər, reallaşan layihələr ondan xəbər verir ki, yaxın zamanlarda Füzulinin iqtisadiyyatının tam formalaşması Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını müşahidə edə biləcəyik.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.10.