Zəfərin Zəngilan səhifəsi

 

Şərqi Zəngəzurun giriş qapısı yeni növrağını yaşayır

 

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasından üç il ötür. Vətən müharibəsinin 24-cü günündə Zəngilan da azadlığına qovuşan şəhərlər sırasına daxil oldu. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlının işğaldan azad olunduğunu elan etdi.

Həmin gün Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizləndi.

Zəngilan rayonu uğrunda döyüşlər nəticəsində ordumuz ümumilikdə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsini 49 kəndini işğaldan azad etdi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.

Tarixə nəzər: 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşeviklərin təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilib. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Zəngilan 1930-cu il avqust ayının 8-də müstəqil rayon kimi formalaşıb. 1967-ci ildə Zəngilana şəhər statusu verilib. Həmin vaxt Zəngilan rayonunda 2 şəhər, 5 qəsəbə, 79 kənd olub.

Füzuli Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. 1993-cü ildə Zəngilan əhalisi son anadək vuruşaraq 235 şəhid verib. Oktyabrın 29-da ermənilər tərəfindən işğal olunan Zəngilanda 27 il ərzində bütün infrastruktur, tarixi dini memarlıq abidələri dağıdılıb.

Onların arasında İmam Hüseyn məscidi (XVII əsr), Alban kilsəsi, Səkkizguşəli türbə (XIV əsr), Ziya Baba ocağı, Xanazur türbəsi, Günqışlaq piri, Hacallı (Hacıallı) günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Veysin piri, Qaradağlı piri, Yal piri, Dəvəcüneyt piri ziyarətgahları, Şərifan abidələri (IX-XVI əsrlər), Şəhri Şərifan yaşayış yeri (Orta əsrlər), Ağca Aşıq yaşayış yeri (Orta əsrlər), Qız qalası (Orta əsrlər), Qəsr qalası (Orta əsrlər), sərdabələr, Hacallı dairəvi bürcü (XIV əsr), Körpü (XIX əsr), Nekropol (e.ə VI-IV əsrlər), Küp qəbirlər (b.e.ə. IV-II əsrlər), Koroğlu daşı (VII-VIII əsrlər), Bartaz Qız qalası (XIV əsr), Tağlı körpüsü (XVI əsr) tarixi memarlıq abidələri vardı.

 

Zəngilanın dirçəlişi

 

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edən Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycanın üçrəngli bayrağını qaldırdı.

2021-ci ilin aprel ayında Zəngilana növbəti səfərində dövlət başçısı rayon sakinləri ilə görüşdü. Eyni zamanda işğaldan azad olunmuş rayonlara Böyük qayıdışın ilk ünvanı olan Ağalı kəndinin təməli qoyuldu. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "ağıllı kənd" layihəsinin əsasının qoyulması ilə, demək olar ki, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışına bir addım da yaxınlaşdıq. Prezident bu səfərində həmçinin Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak etdi. 

Zəngilanın işğaldan azad olunmasının birinci ildönümündə İlham Əliyev yenidən rayona səfər edərək Ağalı kəndində aparılan quruculuq, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldu. Eyni zamanda "Azərenerji" ASC-nin 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışı baş tutdu Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev həmçinin rayonun ictimaiyyət nümayəndələri ilə görüşdü. Görüşdə dövlət başçısı qeyd etdi ki, Zəngilanın yeni dövrü başlayır şəhərin baş planı artıq hazırlanır. Ölkə rəhbəri yaxın aylarda baş planın təqdim ediləcəyini vurğulayaraq bildirdi ki, bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər, kəndlər qurulacaq.

 

Böyük qayıdışın ilk ünvanı

 

Dövlət başçısının bu səfərindən bir neçə gün sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda oldu. Həmin gün Azərbaycan Türkiyə dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), Zəngilan rayonunda "Dost Aqropark"ın təməlini qoydular   "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.

Ötən ilin may ayında Zəngilana növbəti dəfə səfər edən Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, aeroportun, Zəngilan məscidinin tikinti işləri rayonda salınacaq intensiv meyvə bağı ilə tanış oldular. Həmçinin "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu.

Dövlət başçısı Zəngilandakı çıxışında 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdiyimizi diqqətə çatdıraraq dedi: "Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü altı dördzolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik".

Beləliklə, ilkin mərhələdə Ağalıda 200 ev bir sıra zəruri müəssisələr tikildi. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə ilk köç karvanı yola salındı. 29 il sonra ağalılılar ata-baba evlərinə qovuşdular. Onların nisgilləri, həsrətləri sona çatdı. Qayıtdıqları Ağalı isə yeni, müasir standartlara uyğun olaraq "ağıllı kənd" konsepsiyası əsasında qurulmuşdu. Cəmi bir ilə salınan kənddə yaşayış üçün bütün lazımi infrastruktur tikilmişdi. Məktəb, tibb məntəqəsi, uşaq bağçası, "ASAN", "DOST" mərkəzləri, kiçik orta biznesə dəstək, ümumilikdə digər xidmətlərə əlçatanlığın təmin olunması üçün hər şey nəzərə alınmışdı.

Şərqi Zəngəzurun cənnətməkana çevrilən ilk ünvanı Ağalıya qayıdış mərhələli şəkildə davam etdi. Həmin gün 10 ailə - 53 nəfər Ağalıya qədəmlərini qoydular. İyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən daha 48 nəfər - 10 ailə, ayın 23-də 10 ailə - 45 nəfər, iyulun 25-də daha 55 nəfər - 11 ailənin köçürülməsi ilə 201 nəfərin Ağalıda daimi məskunlaşması təmin olundu.

Ağalıya qayıdış bu il davam edib. Ötən ay kəndə iki köç karvanı gəlib. Bununla Ağalı kəndində daimi məskunlaşan əhalinin sayı 649 nəfərə çatıb. Kəndə qayıdış bundan sonra da davam edəcək.

Ötən il oktyabrın 20-si isə yaddaqalan möhtəşəm günlərdən biri idi. İki qardaş ölkənin prezidentləri Şərqi Zəngəzurun ilk "hava qapısı" olan Zəngilan Hava Limanının açılışını etdilər.

Prezident İlham Əliyevin Zəngilana builki səfərləri çərçivəsində bir neçə yaşayış kompleksinin, Alıbəyli, Zəngilan kəndlərinin, uşaq bağçasının, inzibati binanın əsasları qoyulub. Bu il Zəngilanda həmçinin 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

 

6974 hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub

 

Digər şəhər kəndlərimizin işğaldan azad olunması kimi, Zəngilanın da qurtuluşu asan olmadı. Müzəffər sərkərdənin rəhbərliyi altında qüdrətli ordumuz oktyabrın 18-də Zəngilan rayonu uğrunda hərbi əməliyyatlara başladı. Rayon uğrunda gedən döyüşlərdə igid, qəhrəman oğullarımızın şücaəti nəticəsində düşmən bu torpaqlardan da qovuldu. Zəngilan azadlığına qovuşdu.

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olundu.

Ölkə rəhbəri 2021-ci ildə - Zəngilanın işğaldan azad olunmasının birilliyində sakinlərlə, şəhid valideynləri ilə söhbətində hərbçilərimizi yüksək qiymətləndirərək demişdi: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm qucaqlayıram, bağrıma basıram".

 

Şanlı tariximizin zəfər günlərindən biri

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, 3 il əvvəl sentyabrın 27-  Azərbaycan Ordusu Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına başlayıb Vətən müharibəsinin ilk günlərində ordu özünün üstün mövqelərini təmin edib. O bildirib ki, Azərbaycan işğalçı ordunu sözün əsl mənasında çaş-baş salıb müharibənin 3-4-cü günü Ermənistan ordusunun təxminən 20-25 faizi darmadağın edilib: "Bu həm Ermənistan ordu sıralarında kütləvi fərariliyi şərtləndirməkdə idi. Ordumuz sürətlə irəliləyir, torpaqlarımızın işğaldan azad olunması istiqamətində əks-hücumları dəqiq istiqamətlər üzrə hərbi taktika ilə həyata keçirirdi. Bu mənada oktyabr ayının 20-də Zəngilanın işğaldan azad olunması müharibənin gedişinə çox ciddi təsir göstərdi. Müharibənin taleyini həll etmiş oldu, çünki bu döyüşlər işğalçı düşmən ordusunun cənub istiqamətində manevr imkanlarını məhdudlaşdırmağa imkan verdi. Zəngilandan üzü şimala doğru digər ərazilərin işğaldan azad olunması istiqamətində daha təsirli addımlar atmağa da şərait yarandı".

Deputat qeyd edib ki, 2020-ci il oktyabrın 20-si Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir: "Zəngilanın işğaldan azad edilməsi həm hərbi, həm siyasi, həm iqtisadi mənada olduqca mühüm hadisə idi. Eyni zamanda, bu, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Nəzərə almaq lazımdır ki, Zəngilanın azad olunması ilə dövlət sərhədlərimizdə nəzarətimiz bərpa olundu. Böyük qayıdış planının reallaşdırılmasının Zəngilandan başladılması da bu bölgənin əhəmiyyətini bir daha göstərir. Bir müddət sonra Zəngilanın Ağalı kəndində  "ağıllı kənd" konsepsiyası üzrə yaşayış məskəninin salınmasına start verildi. Qısa zaman kəsiyində işlər yekunlaşdı soydaşlarımızın 29  illik həsrətindən sonra doğma yurd-yuvalarına qayıdışına şahidlik etdik. Bu, həqiqətən tariximizin ən qürurverici anlarından biri idi".

E.Mirbəşiroğlu vurğulayıb ki, Zəngilanın simasında Azərbaycan dövləti öz iradəsini nümayiş etdirib: "Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlarımızın dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevrilməsi prosesi məhz Zəngilandan başlayıb. Ölkə rəhbərinin yenə dəqiq hesablanmış, uzaqgörən addımları işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işlərinin həyata keçirilməsinə imkan verdi. Bu mənada Zəngilanda görülən işlər xüsusilə diqqətəlayiqdir. Bu gün Zəngilanın simasında Qarabağ Şərqi Zəngəzurda görülən işlər haqqında artıq dünya ictimaiyyətinin təsəvvürləri formalaşmaqdadır".

Deputat  hesab edir ki, Zəngilanın işğaldan azad olunması Azərbaycanın hərbi gücünün göstəricisi olmaqla yanaşı, ölkəmizin işğaldan azad olunmuş regionlarla bağlı strategiyasının icrasının da başlanğıcı olub. "Xalqımız hər il 20 oktyabr tarixini Zəngilanın işğaldan azad olunduğu gün kimi böyük təntənə ilə qeyd edir bu, şanlı tariximizin zəfər günlərindən biri kimi yaddaşımıza həkk olunub", - deyə E.Mirbəşiroğlu əlavə edib.

 

Vətən müharibəsində Azərbaycan Ordusunun ən qısa vaxtda azad etdiyi rayon

 

Hərbi ekspert Şair Ramaldanov isə deyir ki, Azərbaycan Ordusu düşmənin gözləmədiyi cənub istiqamətinə üstünlük verərək, sürətlə Zəngilan istiqamətində hücumlarını davam etdirib qısa zamanda İranla  sərhədini, o cümlədən Zəngilan rayonunu azad edib.

Zəngilanın böyük əhəmiyyəti olduğunu qeyd edən ekspert bildirib ki, rayon İranla həmsərhəd olmaqla yanaşı, Qubadlıya açılan qapı idi. Həmişə olduğu kimi, Azərbaycan Ordusunun vurduğu zərbələr düşmənə məhz başqa imkan qoymayıb erməni hərbçiləri mövqelərini ataraq qaçmağa başlayıb. Zəngilanın azad edilməsi düşmən tərəfdə fərarilərin artmasına gətirib çıxarıb. Ermənilər, demək olar ki, öz ümidini tam şəkildə itirib. Əgər indiyə kimi əsgərlər fərarilik edirdilərsə, Zəngilanın alınmasından sonra artıq zabitlər kiçik komandirlər heyətində fərarilik hallarının sayı çoxalmağa başlayıb. Hətta tağım, bölük şəklində mövqeləri atıb geri çəkilməyə, fərariliyə üz tutmağa canlarını qurtarmağa üstünlük verilib.

 O qeyd edib ki, Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun şəxsi heyətində ruh yüksəkliyini artırıb: "Azərbaycan Zəngilan rayonunu azad etməklə göstərdi ki, qısa zamanda böyük uğura imza atmağa qadirdir. Zəngilan istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələri misilsiz qəhrəmanlıqlar göstərmişdi. O istiqamətdəki döyüşlərin nəticəsi kimi məhz DSX-nin adı çəkilir. Dövlət Sərhəd Xidməti 44 günlük müharibədə öz peşəkarlığını qəhrəmanlığını göstərərək bu torpaqları azad etdi oradan Qubadlı Laçına açılan yol şəbəkəsindən Azərbaycan Ordusunun istifadəsi üçün geniş imkanlar yaratdı".

Ş.Ramaldanov qeyd edib ki, Zəngilanın azad edilməsi o istiqamətdə sürətli döyüşlərin aparılması düşmənin Şuşa kimi şəhərdən belə diqqətini yayındırmışdı. Ermənistan məhz Zəngilan istiqamətində Azərbaycan Ordusunun qarşısını almaq üçün ora ehtiyat qüvvələri göndərmişdi.

Zəngilan rayonunun ərazi, relyef, yol şəbəkəsi, logistik baxımdan geniş imkanlara malik olduğunu vurğulayan ekspert deyib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun ən sürətlə, qısa zamanda azad etdiyi rayon məhz Zəngilan olub. "Zəngilanın azad edilməsi ilə Azərbaycan İranla dövlət sərhədini tam bərpa elədi. Bununla da o istiqamətdən ola biləcək hər hansı təhdidlərin ya müdaxilənin qarşısını almağa nail oldu", - deyə o əlavə edib.

 

Zəngilan Şəhəri Günü

 

Bu gün tarixi gündür. Zəngilanın azadlığına qovuşduğu, xalqımıza ərməğan olunduğu tarix. Artıq zəngilanlılar şəhər gününü yurdlarında qeyd edirlər. Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür.

Artıq bu günü fəxrlə, qürurla, başımız dik qeyd edirik. Zəngilan isə sürətlə bərpa olunmaqda, qurulmaqda davam edir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.8.