Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi ölkənin onun hər bir vətəndaşının həyatında mühüm bayramlardan biri olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm.

Siz Azərbaycanın inkişafı, onun iqtisadiyyatı, təhsili, sosial həyatı üçün çox işlər görürsünüz. Xüsusilə, ölkənizin elmdə, o cümlədən tibb sahəsində əldə etdiyi inkişafı vurğulamaq istəyirəm.

Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universiteti ilə Azərbaycanı möhkəm çoxillik əməkdaşlıq münasibətləri bağlayır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı respublikanın səhiyyə sektoru üçün gələcək mütəxəssislər hazırlayır oradakı tədris səviyyəsi dünya standartlarına cavab verir.

Əminəm ki, tibb, təhsil elm kimi mühüm sahələrdəki əməkdaşlığımız xalqlarımızın mənafeyi naminə bundan sonra daha fəal şəkildə inkişaf edəcək.

Səmimi-qəlbdən Sizə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq rifah arzu edirəm.

 

Dərin hörmətlə,

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin

rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.2.